access_time Dərc olunub: 17:52
Dollar yığanlar – Ehtiyatlı olun!

Avqust ayının 30-də banklararası ticarətdə dollar manat qarşısında yenidən ucuzlaşıb.
“Bloomberg” terminalında dollar 0,23% dəyər itirərək 1.6953 manat səviyyəsinə düşüb.
Qeyd edək ki, ötən gün terminal üzərində son ticarət 1.6992 manat məzənnəsi ilə yekunlaşmışdı.
Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.
Xatırladaq ki, Mərkəzi Bankın rəsmi məzənnəsi 1 ABŞ dolları üçün 1,7010 manat səviyyəsində müəyyən olunub. (fins.az)

Şərhlər