İqtisadiyyat nazirinə I müavin təyin olunmuş Elnur Əliyev kimdir? – DOSYEbackend

İqtisadiyyat nazirinə I müavin təyin olunmuş Elnur Əliyev kimdir? – DOSYE

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, İqtisadiyyat naziri Mikayıl Cabbarova birinci müavin təyin edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Elnur Aydın oğlu Əliyev iqtisadiyyat nazirinin birinci müavini təyin edilib.

TİA.AZ onun dosyesini təqdim edir:

Elnur Əliyev Bakı Dövlət Universitetində Cinayət hüququ, Londonda Kings Kollecdə Beynəlxalq biznes hüququ üzrə təhsil alıb.

2010-2019-cu illərdə Bakı Dövlət Universitetində və 2010-2012-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında mühazirəçi kimi çalışıb.

O, əmək fəaliyyətinə İqtisadi İnkişaf Nazirliyində başlayıb, 2005-2009-cu illərdə Nazirlikdə məsləhətçi, aparıcı məsləhətçi, sektor müdiri vəzifələrində çalışıb. 2010-2013-cü illərdə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi rəisinin köməkçisi vəzifəsində işləyib. 2013-2017-ci illərdə Təhsil Nazirliyində nazir köməkçisi, şöbə müdiri, aparat rəhbəri vəzifələrində çalışıb. 2017-ci ilin dekabrından 2020-ci ilin mayınadək Vergilər nazirinin müşaviri olub.

2005-2008-ci illərdə Azərbaycan İqtisadi İnkişaf Nazirliyində Hüquq şöbəsində, Beynəlxalq əməkdaşlıq və xarici investisiyalar şöbəsində məsləhətçi vəzifəsində çalışıb. 2013-cü ilin aprel-iyun aylarında təhsil nazirinin köməkçisi, 2013-cü ilin iyulundan 2017-ci ilin dekabr ayınadək Təhsil Nazirliyində İnformasiya şöbəsinin müdiri vəzifəsində çalışıb. Bundan sonra isə Vergilər Nazirliyində nazirin müşaviri olub.

2020-ci ilin may ayından etibarən iqtisadiyyat nazirinin müavini vəzifəsində çalışıb