İqtisadi Zonaların İnkişafı Agentliyini 4 dövlət qurumu idarə edəcəkbackend

İqtisadi Zonaların İnkişafı Agentliyini 4 dövlət qurumu idarə edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İqtisadi Zonaların İnkişafı Agentliyinin idarə edilməsi qaydası müəyyən olunub.
TİA.AZ-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edilən “İqtisadi Zonaların İnkişafı Agentliyinin Nizamnaməsi”ndə əksini tapıb.
Nizamnaməyə əsasən, agentlik öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.
Agentliyin idarəetmə orqanları Müşahidə Şurası və İdarə Heyətidir.
Agentliyin Müşahidə Şurası Agentliyə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.
Şuranın 4 üzvü İqtisadiyyat Nazirliyinin, 3 üzvü Kənd Təsərrüfatı Nazirliyinin, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin (hər qurumdan bir nəfər olmaqla) nümayəndələrindən ibarət olmaqla 7 üzvü var.
Şuranın üzvlərini təmsil etdikləri orqanın (qurumun) rəhbəri təyin və azad edir. Şuranın sədri və sədrinin müavini iqtisadiyyat naziri tərəfindən Şura üzvləri sırasından 5 il müddətinə vəzifəyə təyin və vəzifədən azad edilirlər.
Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir.