İqtisadçı millət vəkili “Milliön”ün ödəyicilərdən 1 manat tutmasını pislədibackend

İqtisadçı millət vəkili “Milliön”ün ödəyicilərdən 1 manat tutmasını pislədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Belə ödənişlər zamanı əlavə xərcin hesablanması və tutulmasını məqsədəuyğun hesab etmirəm”.

Bunu  açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov ödəmə terminallarından “Azərişığ”ın qeyri-əhali ödənişlərinə görə əlavə 1 manat tutulacağını şərh edərkən deyib. Onun sözlərinə görə, məqsəd bu ödənişlərdən gəlir əldə etmək olmamalıdır:

“Ölkə boyu ödəmə sistemlərində məqsəd həm elektron, yəni nağdsız ödənişlərin təşkil edilməsi, eyni zamanda vətəndaşlarımız üçün daha asan, əlçatan ödəniş mexanizminin yaranmasından ibarətdir. Nəzərə alsaq ki, dünya praktikasında da bütövlükdə belə ödəniş mexanizmləri var və məqsəd də vətəndaşların ödənişlərini daha rahat şəkildə həyata keçirməsindən ibarətdir. Məqsəd ödənişlərdə asanlılığı təmin etmək, eyni zamanda vətəndaşların vaxtlı-vaxtında ödəniş etməsinə imkan yaratmaqdır. Təbii ki, buradan qeyri-əhali kateqoriyası üçün nəzərdən tutulan ödənişlərdən söhbət gedir. Bütün hallarda abonentləri əhali və qeyri-əhali olaraq qruplaşdırırıq. Amma buna rəğmən, qeyri-əhali abonentləri üçün də əlavə xərcin hesablanması məqsədəuyğun deyil”.

Vüqar Bayramlı uyğun qurumların bu istiqamətdə müzakirələrə davam edib əlavə xərcin tətbiq olunmamasına çalışmalarını daha məqsədəuyğun hesab edir:

“Çünki məqsəd bu ödənişlərdən əlavə haqların müəyyənləşdirilməsi deyil, ödənişlərin dairəsinin genişləndirilməsi və vətəndaşlar üçün daha əlçatan ödəniş sistemimin yaradılmasından ibarətdir”.

Qeyd edək ki, ödəmə terminallarından “Azərişığ”ın qeyri-əhali ödənişlərinə görə əlavə 1 manat tutulacaq. Bu barədə “Milliön” müştəri xidmətlərinin rəhbəri Ülviyyə Əfəndiyeva məlumat verib.