İqtisadçı jurnalist Əli Əhmədov:”İcbari tibbi sığorta əsl kasıbın malıdır”backend

İqtisadçı jurnalist Əli Əhmədov:“İcbari tibbi sığorta əsl kasıbın malıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprel ayının birindən etibarən etibarən icbari tibbi sığorta bütün ölkə əhalisini əhatə edir. Belə ki, artıq Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda rəsmi qeydiyyatda olan əhali də icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən istifadə edəcək.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən məlumata görə, xidmətlər zərfinə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, ixtisaslaşdırılmış ambulator yardım xidməti, laboratoriya, fizioterapiya, invaziv radiologiya və stasionar tibbi xidmətlər daxildir.

Tia-az bu aktual mövzu ilə bağlı məsələlərə aydınlıq gətirmək üçün İqtisadçı jurnalist Əli Əhmədova  müraciət edib və onun fikirlərini öyrənib.

İqtisadçı jurnalistlə müsahibəni təqdim edirik:

-İcbari tibbi sığortanı digər sığorta növlərindən fərqləndirən nədir?

-Birincisi, bu, icbaridir, yəni, hökmən olunmalıdır. İkincisi də burda standart qiymət və xidmətlərdir. Könüllü sığortada isə bu belə deyil. Məsələn mən bir sığorta şirkəti ilə müqavilə bağlayıram, sığorta şirkəti mənim verdiyim pula görə mənə xidmətlər təklif edir. İcbari tibbi sığortada isə həm qiymət həm də xidmət dövlət tərəfindən tənzimlənir.

– Bəs, maliyyələşmə necə,hansı şəkildə baş tutur?

Maliyyələşmə bu şəkildə gedir; tələbələr, təqaüdçülər, məzuniyyətdə olan qadınlar, əlillər üçün nəzərdə tutulan məbləğ dövlət tərəfindən ödənilir. Sahibkarlar, işləyən və işləməyən vətəndaşlar isə öz pullarını verir.

–  Əgər bir vətəndaş heç yerdə işləmirsə, ancaq əmək qabiliyyəti varsa, o da fonda pul ödəməlidir?

–   Bəli.

 

-İcbari tibbi sığorta nəyi dəyişəcək? Vətəndaşa bunun nə kimi xeyri var?

– Sadə bir nümunə ilə izah edim: deməli, əvvəl vətəndaş ərazi üzrə poliklinikaya müraciət edib tutaq ki, MRT xidmətindən istifadə etmək istədiyini bildirəndə poliklinika ona deyə bilirdi ki, bu aparat bizdə yoxdur. Vətəndaş da məcbur olub üz tuturdu özəl klinikalardan birinə. Özəl klinikanın haqqını da özü ödəyirdi. Ancaq indi elə olmayacaq. Əgər poliklinika sizə lazım olan xidməti göstərə bilmirsə, sizi başqa xəstəxanaya göndərirsə, həmin xəstəxananın pulunu icbari tibbi sığorta ödəyir.

-Sizcə, bu mexanizm bizə nə vəd edir?

– Düşünürəm ki, icbari tibbi sığorta əsl kasıbın malıdır. Çünki imkanlı şəxslər ya əvvəlcədən özünü könüllü sığorta etdirir ya da xəstəlik zamanı rahatlıqla pul tapa bilirlər. Kasıb təbəqədə isə bu belə deyil. Dünya təcrübəsi göstərir ki, bu mexanizm özünü doğruldur. Düşünürəm ki, Azərbaycanda da anoloji hal olacaq.

Söhbətləşdi: Aytac Sahəd

TİA.AZ