İqtisadçı ekspert: “Rusiyanın qara günləri qabaqdadır”backend

İqtisadçı ekspert: “Rusiyanın qara günləri qabaqdadır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Rusiyanı neft ixracatından 55 milyard dollar ziyan gözləyir”.
TİA.AZ xəbər verir ki, bunu iqtisadçı ekspert Qubad İbadoğlu bildirib. Onun sözlərinə görə, dünya bazarlarında xam neftin qiymətinin kəskin ucuzlaşması bəzi tədarükçüləri ziyana salır:
“Hazırkı qiymət Rusiyanın neft ixracatından zərələrini artırır. Hesablamalara görə, bu qiymətə Rusiya neft istehsalçıları ilə birlikdə hər gün 4,5-5 milyard dollar ziyana düşür. Qiymətin hazırkı səviyyəsi uzunmüddətli dövrdə sabit qalarsa, onda Rusiyanın bu il neft ixracatında zərəri 55 milyard dollar ətrafında ola bilər. Görünən odur ki, neft bazarında qiymətlər yenə də düşəcək. Onun davamlı olması dünya iqtisadiyyatının durumundan asılı olacaq. Hazırkı gedişlə qlobal iqtisadiyyat tənəzzülə qədəm qoyur. Odur ki, bahalı neft ixracatçılarının, xüsusilə də Rusiyanın qara günləri qabaqdadır”.
Qubad İbadoğlu bildirib ki, Rusiya dünyada ən bahalı neft istehsal edən ölkələrdən biridir:
“Onun quruda çıxartdığı xam neftin hasilat və daşınma dəyəri birlikdə hər barrelə görə 30 dollar təşkil edir. Xam neftin hasilat dəyəri hər barrelə görə Qazaxıstanda 16, İranda 15, İraqda 7, BƏƏ-də 6, Səduiyyə Ərəbistanında 3 dollardır”.