Tribuna İnformasiya Agentliyi

İqtisadçı: “Dolların bahalaşması davamlı şəkil alacaq”

09 İyun

Xəbər verdiyimiz kimi gələn həftə ABŞ Mərkəzi Bankının, yəni Federal Ehtiyatlar Sisteminin iclası keçiriləcək

Məlumata görə, bu iclasda dolların uçot dərəcəsinin artıırılması barədə qərar qəbul edilə bilər.
İl ərzində daha 2 dəfə də faiz artımı gözlənilir. Ancaq ekspertlər hesab edir ki, bu qərar dolları dəstəkləmək üçün kifayət etməyəcək.
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında bildirdi ki, iclasda faiz artımı barədə veriləcək qərar dolların dünyada bahalaşması trendini yaradacaq. ABŞ Mərkəzi Bankının bu qərarını ehtiyyatla verdiyini deyən ekspert qeyd etdi ki, onlar əslində dolların həddən çox güclənməsini istəmir:
“Dolların həddən çox güclənməsi nəinki dünya ölkələri, o cümlədən ABŞ iqtisadiyyatına da zərər gətirə bilər. Ona görə ABŞ Mərkəzi Bankı çalışacaq ki, dolların bahalaşmasının qarşısına keçə biləcək açıqlamalar səsləndirsinlər. Çünki Federal Ehtiyatlar Sistemi ilin sonuna qədər iki dəfə faiz artımı düşünür. Bu ABŞ iqitisadiyyatının daha da sağlamlamlaşdırılmasına hesablanmış addımdır. Yenə qeyd edirəm ki, Federal Ehtiyyat Sistemi çox güman ki, bəyanatlarını bundan sonra biraz yumşaq formaya, dolların çox dəyər qazanmasına imkan verməməyə kökləyəcək. Həmçinin köklü müdaxilələrlə dolların bahalaşmasının qarşısını alacaq. Amma görünən odur ki, bu ilin trendi olaraq dolların dünyada bahalaşması davamlı şəkil alacaq”.