İqtisadçı alimdən işsizləri sevindirəcək təklif: “Bu qərar daimi olsun”backend

İqtisadçı alimdən işsizləri sevindirəcək təklif: “Bu qərar daimi olsun”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Təklif edirəm ki, bu yardım müddətli yox, daimi olsun”.
Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı ekspert Qubad İbadoğlu Prezident İlham Əliyevin 600 min işsiz vətəndaşın iki ay müddətində 190 manat yardımla təmin olunması ilə bağlı göstərişindən danışarkən deyib. Ekspert hesab edib ki, işsizlər işlə təmin olunana qədər işsizliyə görə sığorta ödənişi almalıdırlar:
“190 manat alacaq işsizlərin sayı 200 mindən 600 minə artırıldı. Hesab edirəm ki, bu qərar düzgündür, post-pandemiya dövrü üçün də əhəmiyyət daşıyacaq, məcmu tələbi stimullaşdıracaq və gizli məşğulluğun leqallaşmasına töhfə olacaq. İndi əsas məsələ şəffaflığın təminatıdır.
Odur ki, işsiz kimi müavinət alanların siyahısı dərc olunmalıdır. Təklif edirəm ki, bu yardım müddətli yox, daimi olsun, işsizlər işlə təmin olunana qədər işsizliyə görə sığorta ödənişi alsınlar. İndiyə qədər qeydiyyatdan keçməyən işsizlər müraciətlərini davam etdirsinlər. Bununla əlaqədar olaraq Milli Məclis də müvafiq qanunlarda dəyişiklik etməlidir”.
Qubad İbadoğlu müavinət alan işsizlərin sayının 200 mindən 600 minə qədər artırılması təşəbbüsünü təqdir etdiyini bildirib.