İqtisadçı alim uşaqpulu təkilflərinə görə İlqar Məmmədova sərt cavab verdibackend

İqtisadçı alim uşaqpulu təkilflərinə görə İlqar Məmmədova sərt cavab verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Uşaq pulu mövzusu ilə xalqı aldadıb-alçaldan yaramazların hər birinin cavabını artıqlaması ilə verəcəyik.”
Tia-az xəbər verir ki, bu sözləri REAL Partiyasının sədri İlqar Məmmədov uşaq pulu ilə bağlı açıqlamasında deyib. Partiya sədrinin bu açıqlamasına iqtisadçı ekspert Qubad İbadoğlu öz sosial şəbəkə hesabında münasibət bildirib. O, İlqar Məmmədovu alternativ fikirə hörmət etməyə çağırıb;
“Siz, İlqar Məmmədov, Liberal, Mühafizəkar, Sosial demokrat, Utilitarianist, Libertarianist, sağçı, solçu, sosialist, faşist, bolşevik, eləcə də korporotiv, bazar, ailə, dövlət təmayüllü müxtəlif rifahçı modellərin tərəfdarı ola, müxalifət, hökümətyönlü mövqedə dayana bilərsiniz, amma sizin ixtiyarınız yoxdur ki, sizdən fərqli düşünənləri, uşaq pulu verilməsinin tərəfdarı olanları yaramaz, debil adlandırasınız.”

Qubad İbadoğlu həmçinin uşaq pulu ilə bağlı sözügedən açıqlamada göstərilən rəqəmlərə də münasibət bildirib;
“Siz, İlqar Məmmədov, sadə riyazi hesablamanı düzgün apara bilmirsiniz ( il 10 aydan deyil 12 aydan ibarətdir, ayda 1 milyon uşağa 100 manat ödəniləndə ildə 1 milyard deyil, 1,2 milyard tələb olunur), belə olanda uşaq pulu ilə bağlı indiyə qədər əsaslandırılan mövqeləri, aparılan hesablamaları, uşaq pulunun ödənilməsi üçün göstərilən Maliyyə mənbələrini necə başa düşəcəksiniz.”

Sonda isə Qubad İbadoğlu İlqar Məmmədovu işlətdiyi ifadələrə görə üzr istəməyə çağırıb;

“Siz, İlqar Məmmədov siyasətlə məşğul olmaq istəyirsinizsə, ifadələrinizə fikir verin, leksionunuzu təmizləyin, başqalarını aşağılamayın, alternativ fikirə, müstəqil, müxalif mövqeyə hörmət edin, onsuz da çirkli olan mühiti daha da korlamayın, çalışın ki, düzəldəsiniz. Odur ki, siz, İlqar Məmmədov yaxşı olar ki, başqalarının ünvanına işlətdiyiniz yaramaz və debil ifadələrinə görə üzr istəyin, ondan sonra sizinlə uşaq pulu mövzusunda harda istərsinizsə debat aparmağa hazıram. Amma, öncə bu mövzuda mövqe qoyanların hamısından üzr istəyin!

Aytac Sahəd

TİA.AZ