İqtisadçı alim: “Bu, neft qiymətlərini az da olsa ucuzlaşdıracaq”backend

İqtisadçı alim: “Bu, neft qiymətlərini az da olsa ucuzlaşdıracaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Martın 31-də və aprelin 1-də OPEK çərçivəsində təşkil olunan müzakirələrdə gözlənilən qərarlar neftin qiymətlərinə təsirsiz ötüşməyəcək.
TİA.AZ xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu Türkiyə lirəsinin ucuzlaşmasından danışarkən deyib. O, türk lirəsinin yenidən dəyərdən düşdüyünü deyib:
“Hazırda 1 dollar 8,4 lirə səviyyəsində qərarlaşıb. Bu dəyişikliklərin Azərbaycan manatına təsir etməyəcəyi ilə bağlı Mərkəzi Bank sədrinin açıqlaması mövcud narahatlıqdan qaynaqlanır. O bunu neftin qiyməti ilə əsaslandırmaqla yenə də Azərbaycan iqtisadiyyatının xarici bazarlardan və şoklardan asılılığını etiraf edib. Nefti qiymətinə gəlincə, ona artırıcı təsir göstərən Suveyş kanalında 1 həftədir ki, tıxanan Ever Green gəmisi dünən hərəkətə gəlib, artıq kanal normal fəaliyyətə qayıdır. Təbii ki, bu, neft qiymətlərini az da olsa ucuzlaşdıracaq”.