İqlim dəyişikliyi Rusiyaya əlavə miqrant axınına səbəb olacaqbackend

İqlim dəyişikliyi Rusiyaya əlavə miqrant axınına səbəb olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Yaxın gələcəkdə iqlim dəyişikliyi Rusiyaya əlavə miqrant axınına səbəb olacaq. 
TİA.AZ xəbər verir ki, bu sözləri RF baş nazirinin müavini Viktoriya Abramçenko Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxış edərkən deyib.
Abramçenko İqlim Dəyişikliyi üzrə Beynəlxalq Ekspertlər Panelinin tapıntılarına istinad edərək, iqlim miqrantlarının “çox qaynar mövzu” olduğuna diqqət çəkib.
“Ondan başqa, iqlim miqrasiyası bəzi bölgələrdə sahil daşqını və su problemləri ilə əlaqəli ola bilər. Eyni zamanda, böyük ərazisi sayəsində Rusiyanın iqlim dəyişikliyinə uyğunlaşma potensialı yüksəkdir”, – Abramçenko deyib.