İQBAL AĞAZADƏ: “AMEA-DA KADRLAR CƏRİMƏ BATALYONU KİMİ TƏYİN OLUNUB”backend

İQBAL AĞAZADƏ: “AMEA-DA KADRLAR CƏRİMƏ BATALYONU KİMİ TƏYİN OLUNUB”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son dövrlər AMEA-nın fəaliyyəti ilə bağlı tənqidlər səngimir. Ötən gün də AzTV-də yayımlanan sujet akademiyanın fəaliyyəti barədə sualları yenidən aktuallaşdırdı. TİA.Az-a danışan Ümid Partiyasının sədri İqbal Ağazadənin sözlərinə görə, akademiyanın fəaliyyətində ciddi nöqsanlar var: “Ümumiyyətlə, Azərbaycanda elmə münasibət yetərli və doğru olmadığına görə, AMEA-nın fəaliyyəti də bunun fonundadır, kənarda deyil. Bu münasibət zaman-zaman istər kadr təyinatında, istərsə də akademiyanın strategiyasında yanlışlar şəklində özünü göstərir.
Akademiyada kadrlar cərimə batalyonu kimi təyin olunub. Vəzifədə vurulan adamlar Elmlər Akademiyasına göndərilib, onlar da nostaljinin xatirələri ilə orada yaşayıblar. Akademiyanın ayrı-ayrı institutları mövcud komitələrlə, qurumlarla birgə işləməlidir. Tutaq ki, Dövlət Neft Şirkəti ilə işləməlidir. Şirkət sifariş verməli, pulunu keçirməli, alimlər də əməklərinin müqabilində vəsait almalıdırlar. Azərbaycan unikal ölkələrdən biridir ki, adamlar elmi iş müdafiə edəndə ciblərindən xərc çəkir. Halbuki elmi-iş müdafiə edən adamlar onun müqabilində pul almalıdır. Hesab edirəm ki, Elmlər Akademiyası ümumilikdə elm və təhsil sahəsi yenidən format olunmalı və yeni bir sistemə keçməlidir”.

AYTAC

TİA.Az