Tribuna İnformasiya Agentliyi

“iPhone X” və “Galaxy S9”dan satış anti-rekordu

30 Aprel

“iPhone X” və “Samsung Galaxy S9” flaqman smartfonlarının Cənubi Koreyada satış anti-rekordu qeydə alınıb

TİA.AZ-ın “ET News” portalına istinadən xəbərinə görə, portal “SK Telecom”, KT və “LG Uplus” kimi üç rabitə şəbəkəsi operatorunun məlumatlarına əsaslanaraq hesablayıb ki, satışa çıxarıldığı gündən ölkədə “iPhone” satışları ötən il 475 min ədəd təşkil edib.
Satışlara başlanılan ilk iki ay ərzində satışlar müvafiq olaraq 139 min və 163 min ədəd olub. Sonradan onlar bu ilin yanvar ayında 103 min ədəd, fevralda isə 70 min ədəd smartfona qədər azalıblar.
Bu ilin yaz aylarında satışa çıxarılan “Samsung Galaxy S9”un nəticələri isə 707 min ədəd təşkil edib. Belə ki, martda 476 min ədəd, və aprel ayında isə 231 min ədəd “Samsung Galaxy S9” satışa çıxarılıb. Müqayisə üçün bildirək ki, ötən ilin analoji dövründə 1 milyon ədəd “Galaxy 8” smartfonu satılıb.
Daha öncəki “iPhone” və “Galaxy S” modellərinin satışları ilə müqayisədə bu, ən pis satış nəticələri olub. Mütəxəssislər hesab edirlər ki, buna səbəb yeni smartfonların yüksək qiyməti və onlarda mühüm dəyişikliklərin olmamasıdır.