“İphone 14” neçəyə satılacaq?backend

“İphone 14” neçəyə satılacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Apple” şirkətinin sentyabrın 7-də təqdim edəcəyi “İphone 14” modelinin qiyməti sızdırılıb.

TİA.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, 512 GB yaddaşa malik “İphone 14 Pro Max”ın xarici satış qiyməti 1700-1800 dollar( təxminən 2900-3000 manat) arasında olacağı gözlənilir.

Bu seriyanın ən aşağı qiymətli modeli “İphone 14” (128 GB) olacaq. Belə ki, onun 800-900 dollar( təxminən 1400 – 1500 manat) dəyərində satışa çıxarılacağı iddia olunur.

Məlumata görə, “İphone 14” bənövşəyi rəngli və 3 kameralıdır. Onun çəkiliş xüsusiyyətinin isə əvvəlki modellərə nisbətən daha da təkmilləşdiyi bildirilib.