Tribuna İnformasiya Agentliyi

“İpək Yolu Sığorta” gəlirlərini itirir

11 İyul

“İpək Yolu Sığorta”  şirkəti bu ilin I yarısı üzrə maliyyə hesabatını açıqlayıb. Tia.az xəbər verir ki, sığorta şirkəti 6 ayı 1,419 milyon manat mənfəətlə başa vurub. Amma bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,3% azdır.

Qeyd edək ki, “İpək Yolu Sığorta”nın gəlirləri 9,276 milyon manat, xərcləri isə 8,157 milyon manat təşkil edib. Şirkət mənfəət vergisi ödəməyib.

Bu il iyulun 1-nə “İpək Yolu Sığorta”nın aktivləri 31,335 milyon manat olub ki, bu da illik müqayisədə 14,1% azdır. Son 1 ildə şirkətin öhdəlikləri 8,9% azalaraq 9,493 milyon manata düşüb, balans kapitalı isə isə 16,15% azalaraq 21,843 milyon manata düşüb.