Tribuna İnformasiya Agentliyi

İnvestorlar Markı “Facebook” rəhbərliyindən qovmağa çalışırlar

27 İyun

“Facebook”un ümumilikdə üç milyard dollarlıq səhmə sahib iri investorları şirkətin qurucusu Mark Zukerberqi idarə heyətinin sədri postundan qovmağa çalışırlar.

Bu barədə “BusinessInsider” nəşri yazır. Nəşrin məlumatına görə, şirkətin investorları Zukerberqin sosial şəbəkəni idarə etməsindən narazıdırlar. Onların sözlərinə görə, şirkət 2012-ci ildə hərraca çıxandan bəri heç bu qədər qəzəbli olmayıblar.

Qeyd edək ki, sosial şəbəkə platformasından ABŞ-da seçkilərə təsir etmək üçün istifadə edilməsi, istifadəçilərin məlumatlarını qanunsuz toplamaqla bağlı yaranan qalmaqallardan sonra narazı səhm sahiblərinin sayı daha da artıb.

İnvestorlar açıq çəkildə Zukerberqin istefasını, onun yerinə müstəqil icraçı direktorun gətirilməsini tələb edirlər. (Qafqazinfo)