İntizam komissiyasının indiyədək keçirilən iclaslarının sayı açıqlandı – 2 deputatın töhməti varbackend

İntizam komissiyasının indiyədək keçirilən iclaslarının sayı açıqlandı – 2 deputatın töhməti var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
VI çağırış Milli Məclisi fəaliyyətə başlayandan indiyədək parlamentin İntizam komissiyasının keçirilən iclaslarının sayı açıqlanıb.
Bunu “Report”un sorğusuna cavab olaraq Milli Məclisin İntizam komissiyasının katibi Nurlan Həsənov deyib.
O bildirib ki, indiyədək İntizam komissiyasının 5 iclası keçirilib: “Həmin toplantılardan 3-ü isə deputatlarla bağlı olub. Belə ki, keçirilən iclasların ikisində deputatlara töhmət verilib. Həmin deputatlar Bəhruz Məhərrəmov və Könül Nurullayevadır.
Komissiyanın bir iclasında isə Baş prokuror Kamran Əliyevin “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” parlamentə göndərdiyi təqdimata baxılıb və rəy qəbul olunub. Digər iki iclas isə komissiyanın tərkibinin formalaşdırılması və İntizam komissiyasının Əsasnaməsinin müzakirə edilməsi ilə bağlı olub”.