İntihar dalğası niyə məktəbliləri bürüdü – ilginc səbəblərbackend

İntihar dalğası niyə məktəbliləri bürüdü – ilginc səbəblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vəziyyətdən çıxış yolları; ekspertlər həyəcan təbili çalır

Ölkəni intiharlar dalğası bürüyüb. Son vaxtlar intiharların yaşı xeyli aşağı düşüb. Bu dalğa artıq yeniyetmələri əhatə edir. Bunun geniş arealı əhatə edəcəyi və yeniyetmələr arasında ciddi artıma səbəb olacağı da səslənən versiyalar sırasındadır.

Bunu yaradan səbəblərə və ümumi mənzərəyə keçmədən öncə son günlərin intihar hadisələrinə nəzər yetirək. Qobu qəsəbəsində yaşayan 11-ci sinif şagirdləri 2005-ci il təvəllüdlü Quliyeva Mətanət Elşən qızı və 2004-cü il təvəllüdlü Səmədova Əfruz Rafiq qızı eyni sinifdə oxuyublar.

Onların intiharının səbəbi bilinmir. İlkin məlumata görə, hadisə yerindən qızlardan birinin məktəb dəftəri aşkarlanıb. Onun dəftərdəki qeydlərindən depressiyada olduğu müəyyən olunub.

Martın 9-da isə Goranboy rayonunda 37 yaşlı qadın ailə münaqişəsi səbəbindən dərman içərək özünü zəhərləyib. Hadisə Safıkürd kəndində qeydə alınıb. 1983-cü il təvəllüdlü G.Əliyeva 30-a yaxın dərman preparatını qəbul edib. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Ağsu rayonunda 15 yaşlı qız 8 Mart Qadınlar Günündə intihar edib. Məlumata görə, rayon sakini, 15 yaşlı Pərvanə Salahzadə yaşadıqları evin həyətində yerləşən çinar ağacından özünü asıb.

35 yaşlı qadın intihar etdi

Martın 3-də Salyan rayonunda 1986-cı il təvəllüdlü Şölə Təhmanib qızı İmanova özünü öldürüb. O, yaşadığı evin həyətində özünü asaraq intihar edib. Bundan əlavə, fevralda Sevil Atakişiyeva özünü 20-ci mərtəbədən ataraq canına qəsd edib. Gənc qızı intihara aparan səbəblər barədə spekulyasiyalar onun tərəfindən yazıldığı deyilən mesajların sosial mediada yayılmasından sonra intensivləşib.

Həmin mesajlarda qeyd edilir ki, onları yazan şəxsin ailəsi ona təzyiqlər etdiyi və atası ona psixoloji işgəncə verdiyi üçün intihar etmək vəziyyətinə gəlib çatıb.

Dünən birgə intihar etdikləri deyilən iki şagirddən biri-Əfruz Səmədovanın ailəsi onun özünü öldürmədiyini iddia edir. “Qafqazinfo”nun əməkdaşları Ə.Səmədovanın ailəsinin Qobu qəsəbəsində yerləşən evində olublar. Ailə üzvləri bu gün 17 yaşlı Əfruzu dəfn etməyə hazırlaşırlar, buna görə də onlar hadisə barədə ətraflı danışmağa hazır olmadıqlarını bildiriblər.

Bakıda dəhşətli intiharın pərdəarxası: Biri digərini xilas etmək istəyərkən  yıxılıb? - AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI

Rəssamlıqla məşğul olan Əfruzun babası qısa söhbət zamanı qeyd edib ki, nəvəsi heç də intihara meyilli olmayıb və bu addımı atmayıb. O deyib ki, sinif yoldaşı Mətanət yıxılarkən Əfruz onu tutmağa çalışıb. Bu zaman Mətanətin ağırlığından Əfruz da onun arxasınca yıxılıb.

Əfruz evin yeganə övladı olub, onun nə qardaşı, nə bacısı var.

Hadisə ilə bağlı Unikal.org-a açıqlama verən Ə.Səmədovanın ailə üzvləri bildiriblər ki, məktəblilərin hansı səbəbdən intihar etməsi məlum deyil. Onlar belə addım atacaqları ilə bağlı sinif yoldaşlarına heç nə deməyiblər. Məktəblilər intihar etməzdən öncə telefonlarını format ediblər.

Və bu durum ortaya yeni suallar çıxarır. Məktəbli qızların, yeniyetmələrin, gənc qadınları intiharının gerçək səbəbləri nədir? Onların ailədə üzləşdiyi şiddət, yoxsa şəxsi həyatda uğursuzluq, depressiv vəziyyətdir bu gəncləri ipə aparan?

Sosial qayğıların intiharlara təsiri nə qədərdir? Məktəbliləri qorumaq üçün hansı işlər görülməlidir, maarifləndirmə tədbirləri aparılmalıdır?

Kamran Əsədov: “Yeni tədris ilinin başlaması qaçılmaz idi”

Kamran Əsədov 

Təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, 2020-ci ilin mart ayından sonra tədris prosesinin onlayna keçməsi, şagirdlərin bütün gün evlərə qapanması və dostlar arasında ünsiyyətin azalması onlarda çox ciddi psixoloji gərginlik yaratdı. Onun sözlərinə görə, bu il bizim 11-ci sinif şagirdlərimiz bir gün belə məktəbə getmədən məzun olacaqlar. Müsahibimiz hesab edir ki, onların yaş xüsusiyyətlərini nəzərə alsaq, psixoloji gərginlik keçirmələri danılmazdır: “Hesab edirəm ki, biz birmənalı şəkildə uşaqlara məktəbdə təkcə fənn bilgilərini yox, psixoloji xidməti də göz önünə almalıyıq. Bu gün biz baxanda görürük ki, şagirdlərin bir çox hallarda imtahan stresi onların problemlər yaşamasına gətirib çıxarır. Bu il həm pandemiya, həm də zəfərlə başa çatan müharibə müəyyən qədər şagirdlərin tədris prosesinə təsirini göstərdi. Hesab edirəm ki, biz bu amili mütləq nəzərə almalıyıq. Burada uşaqlar individual qaydada işləməlidir. Mən sizə dünya təcrübəsini deyim. Burada dünyanın bir çox ölkələrində – qonşu Türkiyə və Rusiyada konkret məktəb psixoloqlarının üzərinə ciddi məsuliyyət qoyulub. Şagirdlərlə bağlı testlərin keçirilməsi, müəyyən sorğuların, söhbətlərin aparılması. Biz bilirik ki, şagirdlərin böyük əksəriyyəti gün ərzində elektron resurslardan istifadə edirlər. Onlar telefon vasitəsilə necə dərslərə girirlərsə, eyni zamanda sosial şəbəkələrdən də istifadə edirlər”.

Müsahibimiz hesab edir ki, burada ən böyük problem məktəblərin saytlarında, facebook səhifələrində böyük bir boşluğun olmasıdır. Onun sözlərinə görə, sözügedən məkanda şagirdlərlə heç bir iş görülmür: “Orada hər hansı işlər, şagirdlərlə söhbətlər yox həddindədir. Ona görə də hesab edirəm ki, məktəb psixoloqları uşaqlarla mütləq şəkildə işləməlidir. Düzdür, bu gün ölkədə məktəb psixoloqlarının fəaliyyəti bəzi məktəb direktorlarının çaydaşıyanları, jurnal yazanları, kərgüzarlıq işləri ilə məşğul olanlar statusuna düşüb. Digər tərəfdən, ölkədə məktəblərin mütləq əksəriyyətində psixoloq ştatı çox azdır. Düşünürəm ki, yüz şagirdi olan məktəbə də 1 psixoloq ayrılır, 1000-2000 şagirdi olan məktəbə də 1 psixoloq ayrılır. Bütün bunlardan daha mühüm məqam isə bizim psixoloqların bilik və bacarıqları, qabiliyyətləri, savadlarının yetərli olmamasıdır. Və hər kəs də gəlib psixoloq olmamalıdır. Kimsə gedib 3-5 aylıq kurs bitiribsə, o, psixoloq olmamalıdır. Türkiyədə və Rusiyada psixoloqların üzərində konkret məsuliyyət var. Onların işləri daha da artdı, dərslər dinstanta keçəndən sonra. Bu gün bizdə psixoloqlar şagirdlərlə çox az işləyirlər. Mən düşünürəm ki, mütəmadi layihələr olmalıdır. Nəzərə alsaq ki, bu gün bizim 9-11-ci sinif şagirdlərimiz buraxılış imtahanı verəcəklər. Eyni zamanda kolleclərə, ali məktəblərə qəbul imtahanları verəcəklər, onlarla daha çox işləmək lazımdır. İmtahan nəticələri onları narahat edə bilər, depressiyaya düşə bilərlər. Ciddi bir məsələdir”.

Ekspert hesab edir ki, indi məktəb psixoloqları ilə bağlı həyəcan təbilinin çalınmasına ehtiyac var. Müsahibimizin sözlərinə görə, psixoloqlar əgər şagirdlərlə iş apararsa, onların psixoloji durumu ilə bağlı müxtəlif layihələr üzərində işləyərlərsə, onlar intihar həddinə gəlib çatmazlar. Yaxud da bu halların qarşısı alınar: “Bir məsələni də qeyd edim. Əlbəttə, heç kim birdən-birə özünəqəsd həddinə gəlib çatmır. Buna qədər həmin insan müəyyən problemlər yaşayır, müəyyən mərhələ keçir. Bu, uşaqlarda da belədir, böyüklərdə də. Ona görə də şagirdlərin də, böyüklərin də psixoloji durumu izlənməlidir. Bu da məktəb psixoloqunun üzərinə düşən vəzifədir. Şagirdləri izləməlidir ki, bunda hansı hal baş verir, necədir vəziyyəti. Amma bu gün bizim psixoloqlar izləmirlər şagirdləri və yekun nəticədə xoşagəlməz hallar baş verir”.

Elnur Rüstəmov: “İntiharlar hadisələri digər abituriyentlər üçün mənfi  örnəkdir”

Elnur Rüstəmov

Psixoloq Elnur Rüstəmov da “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, məktəbyaşlı uşaqlar arasında intihar hadisələrinin sayının artması həm də böyük faciədir. Onun sözlərinə görə, son olaraq iki məktəblinin eyni anda intihar etməsi və bunun arxasındakı səbəblər düşündürücüdür: “Təbii ki, bunun hansı səbəbdən baş verməsi istintaqdan sonra bəlli olacaq. Amma bu gün intihara meyl edən yeniyetmələr böhran yaşayıblar. Bu böhran ailə ilə də, onların özü ilə də bağlı ola bilər. Müxtəlif səbəblərdən ola bilər. Həm özü ilə bağlı bir narahatlıq ola bilər. Yeniyetmələr bu situasiyada öz fikirlərini ifadə edə bilmirlər. Ailələr onların durumu ilə bağlı yetəri qədər məlumata malik olmurlar. Buna görə də durumun həll edilməsi istiqamətində hansı addımları atmaq lazımdır. Burada onların təcrübəsizliyi problemin böyüməsinə və dərinləşməsinə gətirib çıxarır. Faciə yaşanır. Yeniyetmələrdə bəzən depressiya halları olur. Özünəqapanma və təhsildən uzaqlaşma olur. Onlarda digər kənar davranışlar ortaya çıxır. Eyni zamanda nəzərə almaq lazımdır ki, bir ildir ki, məktəblər fəaliyyət göstərmir, distant formada fəaliyyət göstərir. İndi son zamanlar həm əyani, həm distant formada məktəblər fəaliyyət göstərir. Bu da yeniyetmələrdə müəyyən qədər narahatlıq və gərginliklərə səbəb ola bilər. Çünki qabaq onlar məktəbdə olur, ünsiyyət qururdular bir-biri ilə. Bu da onların hansısa formada probleminin həll edilməsində müsbət təsirini göstərirdi. Bütün hallarda valideynlər diqqətli olmalıdılar. Əgər yeniyetmədə hər hansı bir narahatlıq müşahidə edirlərsə, davranışında, istərsə ünsiyyətində, mütləq qaydada tədbirlər görməlidirlər”.

Psixoloq hesab edir ki, bu halın dalğaya çevrilməməsi üçün ilk növbədə bu halların aradan götürülməsi, yenidən baş verməməsi üçün tədbirlər görülməlidir. Müsahibimizin fikrincə, dalğaya çevrilməməsi üçün bu cür xəbərlərin sosial şəbəkədə, mətbuatda daha az işıqlandırılması məqsədəuyğun olardı: “Çünki bu təqdirdə biz görürük ki, böhran yaşayan, narahatlıq yaşayan, depressiyaya düşən yeniyetmələrdə bu, intihar kimi düşüncələrə gətirib çıxara bilir. Belə məlumatlar geniş yayıldıqca intihar özü də adiləşir, bir qisim yeniyetmələr də intihar yoluna əl atırlar. Ona görə də bir neçə vaxtdır intihar xəbərləri nə qədər geniş yayılırsa, görürük ki, daha çox intiharlar artır. İntiharların xarakterinə baxdıqda da görəcəyik ki, xəstəlikdən əziyyət çəkən yox, daha çox sağlam insanlar, narahatlığı daxilində yaşayanlar belə yola əl atırlar. Bu xəbərlərin geniş yayılmaması intihar hallarının azalmasına gətirib çıxara bilər”.

Rza Rzayev — Vikipediya

Rza Rzayev 

Rejissor Rza Rzayev isə hesab edir ki, bizdə intiharların səbəbi başqadır. O, bu barədə yazdığı statusunda maraqlı bir yanaşma sərgiləyib: “Bir şey həm də olduğu yerə (məkana) görə məna qazanır, eyni şey fərqli məkanlarda fərqli mənalara gəlir. Biz hələ prosesləri doğru dərk etmirik və baş verən hadisələri müxtəlif (doğru olmayan) dəyərləndiririk. Bugünlərdə yenə intiharlar baş verib və verəcək. Çünki siqnalı hələ də eşitmirik”.

Sevinc TELMANQIZI,