İnterpolla aradığımız Araik Xocavənddə işğalçı hərbçilərinə xaç abidəsi qoydurdu… – VİDEObackend

İnterpolla aradığımız Araik Xocavənddə işğalçı hərbçilərinə xaç abidəsi qoydurdu… – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 7-də Qarabağ separatçılarının Rusiya hərbi kontingentinin qucağında oturmuş başçısı Araik Arutyunyan Azərbaycan Respublikasının Xocavənd şəhərinə səfər edib və burada qanunsuz “rayon administrasiyası” rəhbərlərinin iştirakı ilə işgüzar görüş keçirib.

Moderator.az xəbər verir ki, bu barədə “Armenian Today” nəşri və Xankəndindəki separatçı saytlar məlumat yayıb.

Araik Xocavənddəki çıxışında Rusiyanın Qarabağdakı “sülhməramlı” missiyasının “xarici təhlükəsizliyin təmin edilməsində rolu”nu bir daha vurğulayıb və qeyd edib ki, “paralel olaraq hüquq-mühafizə orqanlarının imkanlarının bir-birini tamamlayıcılıq prinsipi əsasında genişləndirilməsi istiqamətində işlər aparılır”…

Görüşün sonunda separatçı-terrorçu xunta başçısı “azadlıq döyüşçüsü”, Xocavəndin “fəxri vətəndaş”ı Vardan Xaçatryana “Niva” markalı avtomobil hədiyyə edərək xüsusi minnətdarlığını bildirib.

Azərbaycan şəhərinə səfəri zamanı Araik Arutyunyan 7 işğalçı artilleriyaçının “xatirəsi”nə ucaldılan xaçkar abidəsinin açılış mərasimində də iştirak edib və onları ölümlərindən sonra “II dərəcəli döyüş xaç ordeni” ilə təltif edib. Xəbərdə qeyd edilir ki, həmin 7 erməni işğalçı “qəhrəman” 2020-ci il oktyabrın 31-də Azərbaycanın müzəffər ordusunun pilotsuz uçaqları vasitəsilə məhz xaçkarın qoyulduğu yerdə hərbçilərimizə və dinc, mülki soydaşlarımıza atəş
açmaq üçün qurduqları artilleriya qurğuları, topları ilə birgə gorbagor edilib…

Xəbərin sonunda Araikin Xocavəndin qanunsuz “mer”i Edik Avanesyanın müşayiəti ilə şəhərdə tikilməkdə olan yaşayış massivinə də baş çəkdiyi bildirilir…

P.S. Xatırladaq ki, Azərbaycan dövləti artıq bir ildən çoxdur ki, Araik Arutyunyanı İnterpolla aramaqdadır…

İnterpolla aradığımız Araik Xocavənddə işğalçı hərbçilərinə xaç abidəsi qoydurdu...