İnterpol prezidenti Men Xunvey istefa veribbackend

İnterpol prezidenti Men Xunvey istefa verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpolun qanunu pozmaqda şübhəli bilinərək Çində saxlanılan prezidenti Men Xunvey istefa verib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə məlumat beynəlxalq polisin “Twitter” səhifəsinə yerləşdirilib.

“Bu gün, oktyabrın 7-də, İnterpolun Fransanın Lion şəhərindəki Baş Katibliyi cənab Men Xunveydən İnterpol prezidenti postundan istefa verməsi barədə ərizə daxil olub, o dərhal qüvvəyə minir”, – deyə bəyanatda bildirilir.

Hazırda Cənubi Koreya vətəndaşı Kim Yonq Yanq prezidentin vəzifələrinin icraçısı təyin edilib. Yeni prezident noyabrda Dubayda Baş Assambleyanın iclasında seçiləcək.