Tribuna İnformasiya Agentliyi

İnternet istifadəçilərinin 172 milyard dolları oğurlanıb

12 May

2017-ci ildə dünyanın 20 ölkəsindən 978 milyon istifadəçi fırıldaqçıların qurbanı olub. İnternet istifadəçilərindən oğurlanmış məbləğin həcmi 172 milyard dollara bərabərdir.

“Symantec” şirkəti tərəfindən tərtib edilmiş “Norton Cyber Security Insights” adlı hesabata görə, yuxarıda göstərilən məbləğ müxtəlif internet fırıldaqlar nəticəsində internet istifadəçilərindən oğurlanıb.

TİA.AZ ICTnews-a istinadən bildirir ki, əksər hallarda hakerlərin qurbanı evdə və işdə çoxlu sayda qurğudan istifadə edən və eyni zamanda kibertəhlükəsizliyin əsasları haqda zəif təsəvvürə malik insanlar olurlar.

Kibercinayətkarlıqla bağlı məlumatlar yalnız dünyanın 20 ölkəsi üzrə əlçatandır. Həmin ölkələr aşağıdakılardır: Avstraliya, Braziliya, Böyük Britaniya, Almaniya, Honkonq, Hindistan, İndoneziya, İspaniya, İtaliya, Kanada, Çin, Meksika, Niderland, Yeni Zelandiya, BƏƏ, Sinqapur, ABŞ, İsveç, Fransa və Yaponiya.

Hesabatda deyilir ki, internet üzərindən keçirilmiş cinayətin hər bir qurbanı orta hesabla təxminən 142 dollar itirib.