“İnstagram”dan ən çox qazanan idmançılar – SİYAHIbackend

“İnstagram”dan ən çox qazanan idmançılar – SİYAHI

Koronavirus pandemiyası zamanı idmançıların “Instagram”dakı qazancları bəlli olub.

“Report” “Daily Mail”ə istinadən xəbər verir ki, sosial şəbəkə martın 12-dən mayın 14-dək 3 futbolçuya 1 milyon avrodan çox qazandırıb. Bunlar İtaliya “Yuventus”unda çıxış edən Kriştianu Ronaldu, İspaniya “Barselona”sından Lionel Messi və Fransa PSJ-sindən Neymardır.

İki ay ərzində onların hər biri sponsorlardan 4 reklam alıb. 219 milyon izləyicisi olan Ronaldu 2,1 milyon avro, 151 milyon izləyicisi olan Messi 1,45 milyon avro, 138 milyon abunəçisi olan Neymar isə 1,33 milyon avro əldə edib. Müvafiq olaraq onların reklam postunun məbləği 526, 363, və 333 min avrodur.

Dördüncü yerdə sabiq basketbolçu Şakil ONil qərarlaşıb. 17 milyon izləyicisi olan keçmiş idmançı 653 min avro qazana bilib.

Sabiq futbolçu Devid Bekhem (453 min avro), kriketçi Virat Kohli (424 min avro), İtaliya “Milan”ının futbolçusu Zlatan İbrahimoviç (206 min avro), digər sabiq basketbolçu Dueyn Ueyd (128 min avro), braziliyalı futbolçu Daniel Alves (120 min avro) və boksçu Entoni Coşua (109 min avro) ilk “10-luğ”a daxil olub.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki