“Instagram”da hər kəsin gözlədiyi YENİLİKbackend

“Instagram”da hər kəsin gözlədiyi YENİLİK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Instagram” sosial şəbəkəsi istifadəçilər üçün bir sıra yeniliklər həyata keçirib.

Bu barədə şəbəkənin sahibi olan “Facebook” şirkətinin mətbuat xidməti məlumat yayıb. Məlumata əsasən, “Reels” qısa videoçarxlarının müddəti 30 saniyədən 60 saniyəyədək artırılıb.

Həmçinin, “Instagram”dakı daha bir yenilik 16 yaşadək olan istifadəçilərin yeni səhifələri ilə bağlıdır. Bundan sonra həmin səhifələrin yeni açılarkən qapalı olacağı bildirilib.

Bununla yanaşı, sosial şəbəkə reklamçıların gəncləri müxtəlif reklam kampaniyalarına cəlb etmək imkanlarını məhdudlaşdıracaq, eləcə də, şübhəli hesablar üçün uşaq səhifələrinin axtarışını çətinləşdirəcək.