“İnsanları qorxu altında saxlamaq olmaz” – COVİD 19 nə zaman bitəcək?backend

“İnsanları qorxu altında saxlamaq olmaz” – COVİD 19 nə zaman bitəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kütləvi vaksinasiyadan sonra dünyada koronavirus pandemiyasının səngiyəcəyinə dair ümidlər özünü doğrultmur. Karantin qaydalarını yumşaltmış ölkələrdə yoluxma və ölüm sayları pik dövrün rekordlarını kölgədə qoyub. ABŞ, Böyük Britaniya, Braziliya və s. ölkələr dördüncü dalğanın əsarətindədir. “National Geographic” jurnalı yazır ki, bu, sonu görünməyən pandemiyanın daha bir mərhələsidir. Qarşıdan gələn bir neçə gün ərzində COVID-19 xəstəliyindən ölənlərin sayı, ehtimal ki, 5 milyonu keçəcək.

Azərbaycan və onun qonşuları – Rusiya, İran və Gürcüstanda da yüksək yoluxma və ölüm sayları qeydə alınır. Postsovet ölkələrindən Ukrayna və Belarusda da vəziyyət fərqli deyil, hər iki ölkənin bəzi şəhərlərində tətillər, sərt məhdudiyyətlər tətbiq edilib. Bu gündən etibarən Rusiyada da dövlət təşkilatlarında iki həftəlik tətil başlayır.

Son həftədə Azərbaycanda gündəlik yoluxma sayı 2000 nəfərin üzərindədir. Qeyd edək ki, bu rəqəm analiz nəticələri poztiv olanların sayıdır. Gün ərzində 10 min civarında analzilər götürülür ki, onun beşdə birində virus aşkarlanır. Bu, kifayət qədər yüksək rəqəm olsa da, təəssüf ki, ölkədəki real yoluxma mənzərəsini əks etdirmir. Xüsusən bölgələrdə koronavirusa yoluxanların əksəriyyəti səhiyyə qurumlarının qeydiyyatına düşmür. Bakıda evdə müalicə alanların bir çoxu da eyni durumdadır.

Nazirlər Kabineti yanında Operativ Qərəgah karantin rejiminin müddətini gələn ilin yanvar ayına qədər uzadıb, amma hansısa məhdudiyyətlər tətbiq etməyib. Bununla belə yoluxma vüsət alır, ölkədə təhsil müəssisələri bir-brinin ardınca bağlanır, bu da əhali arasında ümidsizlik, qorxu və stress yaradır. Bundan sonra necə olacaq, virusdan yaxa qurtarmaq mümkün olacaqmı? Qarşıda bizi nələr gözləyir?

Tibb elmləri doktoru, professor Musa Qəniyev bildirir ki, hazırda insanları stress, ümidsizlik, qorxu, mənəvi sarsıntı və basqı altında saxlayan əsas məsələ bu infeksiyanın uzun illər davam edəcəyi haqqında heç bir elmi məntiqə əsaslanmayan fikirlərdir. Onun sözlərinə görə, qəribə də olsa, bunları hətta, virusun lokallaşdırılması və söndürülməsinə bilavasitə məsul olan beynəlxalq qurumların rəhbərləri belə söyləyirlər.

Professor əlavə edir ki, təbiətin özünütənzim mexanizmlərinə, görə ən ağır virus infeksiyasının aktiv yoluxdurma və pik letallıq dövrü, ilin xronoloji fəsil dəyişikliklərinə görə 12 ay, yəni ardıcıl növbələşən dörd fəsildən artıq ola bilməz : “Viral infeksiyaların aktiv yoluxma- keçid yolu, bronx-ağciyər sistemidir. Bronx-ağciyər sistemi orqanizmdaxili mühiti ətraf aləmlə – təbiətlə əlaqələndirən əsas vasitədir. O, fəsli dəyişiklik, biometroloji faktor və amillərlə qarşılıqlı vəhdətdə, ətraf mühitin zərərli və aqressiv vasitələrinə bələdləşmə və uyğunlaşmanın, immun fəallığının qorunması və təminatının əsas tənzim aparatıdır. Odur ki, istənilən bakteriya, göbələk, mikrob, virus və s. amillərlə uzunmüddətli, hətta fasiləli kontakt, 4 fəsil müddətinə makro və mikroorqanizmlərdə simbioz yaşamaya xidmət edən dəyişikliyə səbəb olmalıdır. Sonrakı illərdə, məlum infeksiyaların yalnız lokallaşma və sporadikləşmə halı müşahidə oluna bilər. Orqanizmdə ciddi keyfiyyət dəyişiklikləri, yalnız payız və yaz fəslində baş verdiyindən, viral infeksiyaların fəsli artımı, yalnız bu dövrlərdə baş verməlidir və baş verir. Bu, təbii qanunauyğunluqdur”.

M.Qəniyevin sözlərinə görə, burada ziddiyyətli məqam, mövcud problemə qeyri-düzgün yanaşmadır: “Məsələn, iddia olunurdu ki, 2020-ci ilin payız fəslində digər viral infeksiyalar praktik olaraq yox idi, hətta qrip 98% azalmışdı. Səbəbini COVİD 19-un digər infeksiyaları sıxışdırıb aradan çıxarması ilə əlaqələndirir, bunu hətta müsbət hal kimi vurğulayırdılar. Əslində, COVİD 19 hüceyrələrə reseptor mexanizmlərlə daxil olduğundan, digər viral infeksiyaların hüceyrələrə giriş yolu – “intra və parasellülyar qapılar” açıq qalır. Bu səbəbdən, COVİD 19, digər viral infeksiyalara hətta fəsli yoluxma riskini kəskin şəkildə artırmalı idi. Keçən il bu hal ona görə baş vermədi ki, əksər dünya ölkələri tam qapanma rejiminə keçmişdi. Hazırda praktik olaraq məhdudiyyətlər tamamilə aradan götürülüb. Odur ki, pandemiyadan əvvəlki illərdə olduğu kimi, viral infeksiyaların fəsli artımı olmalıdır. Bunu COVİD 19-un alovlanması və ya növbəti dalğası kimi tədqim edib, güya peyvəndin effektiv olmaması və ya bu infeksiyanın hələ sonu görünməyən, uzun illər davam edəcəyi kimi təqdim edib insanları qorxu altında saxlamaq olmaz. Bunlar tamamilə yanlış, səhv fikir və heç bir elmi məntiqə istinad etməyən yanaşmadır”.

Tibb elmləri doktoru vurğulayır ki, hazırda COVİD 19-la bağlı qorxuya, təlaşa və gələcəyə ümidsiz baxmağa heç bir əsas yoxdur: “Bütün dövrlərdə olduğu kimi, bu gün də həyat öz axarı ilə davam edir. COVİD 19-un həyatı öz məcrasından çıxara bilməsini düşünmək belə mənasızdır. Sadəcə olaraq, insanlarda psixi stabilliyin təmin olunmasına, onların normal həyata qayıdışına, istər dövlət, istərsə də tibb ictimaiyyəti mənəvi dəstək göstərməlidir. Ölkəmizdə iqtisadi stabilliyin qorunması, əhalinin maddi rifah halının yaxşılaşdırılması üçün bütün istehsal və qeyri-istehsal sahələri, qeyri-şərtsiz olaraq açılmalı və tam gücü ilə işləməlidir. COVİD 19-la bağlı istər sosial şəbəkələrdə, istərsə də digər təbliğat vasitələrində fikir bildirən şəxslər, işlətdiyi hər bir sözün məsuliyyətini və törədəcəyi fəsadları qabaqcadan və çox ciddi şəkildə düşünməlidir”.

Professor sonda bir daha qeyd edir ki, COVİD 19 sosial bəla və milli faciə deyil, ondan qurtulmanın yolu çox sadədir: “Yalnız şəxsi gigiyenik qaydalara və məlum ünsiyyət formalarına dönmədən və ardıcıllıqla əməl olunması COVİD 19 kəlməsinin birdəfəlik unudulmasına yol açacaq”.

Həkim, markoloq Müşfiq Hüseynov Pressklub.az-a bildirib ki, yoluxmanın artması gözlənilən idi: “Proqnozlar verilmişdi ki, oktyabrın sonu, noyabrın əvvəllərində növbəti dalğa başlayacaq. Əsas səbəblərdən biri mövsümi respirator xəstəliklərin artmasıdır. Eyni zamanda, məktəblər açıldı və təbii ki, uşaqlar əsasən daşıyıcı olduqlarına görə, yoluxma sürətləndi. Daha sonra müəllimlərin bəzilərinin saxta vaksin pasportları almasının da təsiri danılmazıdr”.

Həkim bildirir ki, bundan sonra hansısa məhdiyyətlərin tətbiq edilməsi mənasızdır, əksinə, hesab edir ki, karantin rejimini tamamilə ləğv etmək lazımdır: “Çünki kifayət qədər insan vaksin vurdurub, əhalinin böyük hissəsi yoluxub, sağalıb. Bundan sonra gündəlik yoluxma sayının maksimum 4000-4500-ə qalxacağını proqnozlaşdırmaq olar. Bundan yüksək olması mümkün deyil. Ola bilsin, gələn ilin yanvar ayının sonu, fevralın əvvəlində növbəti dalğa olsun, amma bu, son olacaq. Mart ayında bu məsələnin bitəcəyinə demək olar ki, əminəm”.