“İnsanlara gecə yatan zaman da peyvənd vurun”-Filippin Prezidentibackend

“İnsanlara gecə yatan zaman da peyvənd vurun”-Filippin Prezidenti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Filippin Prezidenti COVID-19 əleyhinə peyvənd vurdurmayan şəxslərin gecə  yatarkən belə  vaksin vurulmasını tələb edib.

TİA.AZ  xəbər verir  ki, Rodriqo Duterte bu  barədə jurnalistlərə açıqlamasında deyib.  O,  ölkədə gedən vaksinasiya prosesinin zəif  olduğunu  dilə gətirib.

“Hələ də  peyvənddən şübhəli olan insanlar var . Vaksindən qaçan insanları  tövlələrində (evlərində) tapacağıq. Və gecə  yatarkən belə  onlara koronavirus əleyhinə  vaksin vurduracağıq”.

Rəsmi məlumatlara görə, Filippində 23,1 milyon insan koronavirusa qarşı tam peyvənd edilib.