“İnsanlar əsl Qurban Qurbanovu tanımırlar” – VİDEObackend

“İnsanlar əsl Qurban Qurbanovu tanımırlar” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Futbolçu karyerasını başa vuran “Qarabağ” və Azərbaycan millisinin sabiq üzvü Rəşad Sadıqov “İctimai TV”də yayımlanan “Bol idman” verilişinin qonağı olub.
O, veriliş zamanı maraqlı fikirlər səsləndirib.
R. Sadıqov “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov haqda da danışıb: “Bəli, Maksim Medvedevlə Rauf Əliyevi ilk dəfə Rasim Kara oynadıb. Amma o vaxt “Qarabağ” 5-6-cı yer üçün mübarizə aparırdı. Qurban Qurbanov isə onları avrokuboklarda meydana buraxdı. Əfran Ismayılov 4-5 ay ərzində “Turan”da 10 matç keçirmişdi, Qurban müəllim onu “Honka”ya qarşı start heyətinə saldı. Deyirlər, Qurbanov risk etməyi sevmir. Mən heç vaxt avrokukuboklarda 5-6 gənc futbolçunu meydana buraxmazdım. Qurbanov isə bu riski məşqçilik karyerasının ilk illərində etdi. O, risk edir, amma ağılla. Məsələn, heç vaxt oyuna 3 hücumçuyla başlamaz və ya 90-cı dəqiqədə meydana ikinci forvardı buraxmaz. Bu, tribunaya oynamaqdır. Qurban Qurbanov heç vaxt tribunaya oynamır”.