İnsanlar 200 il yaşamağın yolunu tapacaqlar – Nostradamusun proqnozubackend

İnsanlar 200 il yaşamağın yolunu tapacaqlar – Nostradamusun proqnozu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Araşdırmaçılar fransız həkim və öncəgörən Nostradamusun 1555-ci ildə yazdığı “Peyğəmbərlik” kitabındakı yazılarların sirrini açıblar.

Oxu.Az “Dailystar” nəşrinə istinadən xəbər verir ki, Nostradamusun 942 proqnozu arasında 2019-cu ilə aid hissələr də var.

Bəziləri Nostradamusun deyimlərini mif adlandırsa da, digərləri onun 1666-cı ildə Londondakı böyük yanğını, 1739-cu ildə Fransada inqilabı, Hitlerin hakimiyyətə gəlişini, Kennedinin qətlini və 11 sentyabrın hadisəsini düzgün proqnozlaşdırdığını bildiriblər.

Onun 2019-cu illə bağlı proqnozları müxtəlif cür yozulur. Tədqiqatçılar həmin yazılarda bu il dünyanı gözləyən bəzi hadisələri aşkar ediblər. Əgər həmin yazılara inansaq, bizi yeni ildə 27 il davam edəcək Üçüncü Dünya Müharibəsi gözlədiyini demək olar. Onun kim tərəfindən başladığı məlum olmasa da, yazılarda Avropa və ABŞ-da terrorçuluğun, Yaxın Şərqdə isə ekstremizmin artacağı qeyd edilib.

Xoş hadisələr də var: dünyanın nəhəng ölkələrinin liderləri, nəhayət ki, razılığa gələcək və ekologiyanın xeyrinə olan razılaşmanı imzalayacaq, ancaq bu, güclü zəlzələnin qarşısını almayacaq. Alimlərin sözlərinə görə, zəlzələnin episentri Kaliforniya və Kanadanın Vankuver bölgəsi arasında olacaq.

Qəribə proqnozlar da var, misal üçün, insanlar heyvanların dilini öyrənəcək, tibb sahəsində isə insanların 200 ilədək yaşamasına imkan verən uğur əldə olunacaq.