İnsan orqanizmi ilə bağlı – Maraqlı faktlarbackend

İnsan orqanizmi ilə bağlı – Maraqlı faktlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnsan orqanizmi ilə bağlı saysız-hesabsız maraqlı faktlar mövcuddur.

Onlardan bəzilərini topladıq:

– İnsan orqanizmində ən güclü əzələ dildir.

– Gülüş zamanı insanda 17 əzələ işləyir.

– İnsan burnu 50 min qoxunu ayırıb yadda saxlaya bilər.

– İnsan saatda 160 km sürətlə asqırır.

– Döş qəfəsindən çıxarılan insan ürəyi qısa müddət döyünə bilir.

– Mədə turşusu o qədər güclüdür ki, bədəndə 3-4 günə tamamilə yeni selikli qişa yaranır.

– Qan damarlarının ümumi uzunluğu 96 min kilometrdir. Bu da Ekvator xəttini iki dəfədən artıq fırlanmağa bərabərdir.

–  İnsan bədəni gündə yük maşınının 32 km məsafə qət edə biləcəyi qədər enerji istehsal edir.

–  İnsan xoruldayan zaman 80 destibel gücündə səs çıxarır. 85 destibeldən yuxarı səsə insan sağlamlığı üçün təhlükəlidir.

–  İnsan 7000000000000000000000000000 (7 oktillion) atomdan ibarətik.

– Neyronlar saatda 240 kilometr sürətlə siqnal ötürürlər.

–  İnsanın ürək ritmləri və mimikası qulaq asdığı musiqidən asılı olaraq dəyişir.

–  İnsan sümüyü poladdan möhkəmdir. Belə möhkəmliyə baxmayaraq sümüklərin 31 faizi sudan ibarətdir.

– İnsan gözü kamera kimi qiymətləndirilsə, o 576 meqapiksel olar. Müqayisə üçün deyək ki, ən güclü fotoaparat olan Mamiya DSLR da bu rəqəm 80 meqapikseldir.

– Həmçinin insan gözü 10 min rəngi seçə bilir.

– Əgər insan DNT-ni açmaq mümkün olarsa 16 milyard km-lik zəncir yaranardı. Bu isə Yerdən Plutona və əks istiqamətdə olan məsafə qədərdir.

– İnsan yaddaşı 1 kvadrillion bit informasiya saxlaya bilər.

– İnsan ürəyi orta ömürü ərzində 1,5 milyon barel qan vurur. Bu, 200 dəmiryol sisternini doldurmağa yetir.

–  İnsan orqanizmi saatda 180 milyon qırmızı qan hüceyrəsi yaradır.

–  Hamiləlik zamanı ananın hər hansı orqanı zədələnsə, döl bu orqanın bərpası üçün kök hüceyrə ötürür.

– Bir addım atmaq üçün 200 əzələ işləməlidir.

– Bir hüceyrədə 6 milyard DNT spiralı var.

– İnsan həyatının 1/3 yuxuda keçirir.

– İnsan iki ay qidasız qala bilər.

– Dil dad reseptorları olan yeganə orqan deyil. Bu peseptorlar mədədə, bağırsaq traktında, mədəaltı vəzdə, beyində də var.

– Oksigensiz 5-10 dəqiqiə qalmaq olar. Bundan sonra beyin hüceyrələri məhv olmağa başlayacaq.

– Beyinin 60 faizi yağdan ibarətdir.

– İnsan beyni bəzi informasiyaları unudur. Beyin bunu özünü yüklənmədən qorumaq üçün edir.

– Skeletdə 200 sümük və 630 skelet əzələsi var.

– Burunda sakit tənəffüs zamanı hava axınının sürəti saatda 2,4 kilometr, asqırdıqda isə saatda 170 kilometr təşkil edir.

– Bir sözü tələffüz etmək üçün 72 əzələ hərəkət edir.

– Gün ərzində insan beyni bütün dünyanın telefonlarından çox elektrik impulsu yaradır.

– İnsanın sağ ağciyəri sol ağciyərinə nisbətən özünə daha çox hava yerləşdirir.

– Açıq gözlə asqırmaq mümkün deyil.