İnsan ilə arının beyni arasında oxşarlıq var – ARAŞDIRMAbackend

İnsan ilə arının beyni arasında oxşarlıq var – ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnsan və arının beyinlərinin işləməsində oxşarlıq aşkarlanıb.

“Report” xəbər verir ki, bunu Yeni Zelandiyanın Otaqo Universitetinin zooloqları kəşf ediblər.

Araşdırmaya görə, arıların beynində müəyyən edilmiş alfa ritmin xüsusiyyətləri insanların beynindəki ilə eynidir.

Alimlərin qənaətinə görə, arıların beyninin işləməsi araşdırılaraq insan beyninin alfa ritmlə əlaqəli olan koqnitiv funksiyaları daha yaxşı anlaşılacaq. Söhbət diqqət və yaddaş bacarığından gedir.

“İnsanlar üzərində təcrübələr baha başa gəlir. Bundan başqa, avadanlıq təminatı baxımından mürəkkəbdir və çox vaxt alır.  Bundan əlavə, insan beynindəki ayrı-ayrı identifikasiya edilmiş neyronları yığa bilmirik. Arıların beynini araşdıraraq biz bu əngəlləri aşa bilir və gələcəkdə ola bilsin bu bilikləri insan beyninin araşdırması və müalicəsində tətbiq edə bilərik”, – araşdırmanın həmmüəllifi Pol Jijka bildirib.

Tədqiqat adi bal verən arılar üzərində aparılıb. Araşdırmaçılar elektrod vasitəsilə arıların beyninin aktivliyini ölçmək üçün müxtəlif qoxularla onları şirnikləndirirdilər. Məlum olub ki, arılar eynən insanlar kimi qoxuları qidalarla assosiasiya etməyi bacarırlar.