İnsan bədənindəki ikinci ürək hardadır? – Akademikin sirribackend

İnsan bədənindəki ikinci ürək hardadır? – Akademikin sirri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İnsanda ürək kimi ikinci bir orqan da var və bir çoxumuz onun əhəmiyyətini anlamırıq. Ürək, ağciyər, qaraciyər qan dövranını, kapilyar, venoz səviyyədə qan təminatını həyata keçirən diafraqma sizi çox xəstəliklərdən xilas edə bilər:
Akademik Abraam Aleksandr Zalmanov üç ölkənin – Rusiya, Almaniya, İtaliyanın tibb elmləri doktoru, dahi alim, müdrik həkim idi.
O, bir sıra xroniki xəstəliklərin müalicəsi konsepsiyasını hazırlayıb, eləcə də insan orqanizmində “ikinci ürəyin” olduğunu deyərək, onu aktivləşdirməyin yollarını uzun illər araşdırıb.
Medicina.az xəbər verir ki, Zalmanov orqanizmin özünü tənzimləmə və bərpa etmək kimi müdrik proqrama sahib olduğunu bildirib.
O, Nobel mükafatı almış Kroqun kapilyar damarların fiziologiyasını öyrənən elmi işlərinin təsiri altıdna idi və özü də uzun illər kapilyarların orqanizmdə rolunu öyrənir, xəstələlərində müşahidələr aparırdı.
Onun özünün sağlamlıq, müalicə üsulu, konsepsiyası var idi və xəstələrin ağır xəstəlikdən müalicəsi üzrə böyük, dəyərli təcrübə qazanmışdı.
O, “İnsan orqanizminin gizli müdrikliyi” kitabında bədənin anadangəlmə xəstəlik və təhlükələrə müdafiə, adaptasiya və kompensasiya qabiliyyətinin olduğunu göstərib. Orqanizmin özünü sağaltması üçün proqramı var, həkimin vəzifəsi odur ki, bu proqrama mane olanı görüb aradan qaldırsın, rezerv gücü azad etsin və xəstəyə vaxt versin ki, bu proses işə düşsün.
İkinci ürək-diafraqmdır
Diafraqma insan bədənin yarıdan çoxunu əhatə edən, ən iri, baş tənəffüs əzələləridir.
O, anatomiyaya görə insan bədənində qarın boşluğu ilə döş qəfəsini ayıran bir əzələ çəpəridir.
O, venalardan qanın axının təmin edir, tənəffüsü stabilləşdirir, ürəyin işinə kömək edir.
Müasir tibb hələ də bu vacib nahiyənin dəyərini, rolunu bilmir. Diafraqmanın disfunksiyası tənəffüs, ürək və qan damar xəstəliklərinə səbəb olur.
Zalmanov məhz diafraqmanı “insanın ikinci venoz ürəyi” adlandırıb.
“Sağlam orqanizmdə diafraqma bir dəqiqədə 18 yığılıb açılma hərəkəti edir. Bu, saatda 1000, sutkada 24 000 dəfədir. Təsəvvür edin ki, bu orqan elə ürək kimi necə böyük bir iş görür,bədənin böyük bir sahəsində nasos rolunu oynayır, qaraciyər, dalaq, nazik bağırsaq, öd, ağciyərləri qanla təmin edir, sıxıb açır və onları canlandırır”.
Diafraqmanın işi onun blok olunması, spazmlar, daxili ritminin pozulması ilə dəyişir. Nəticədə orqan və toxumalarda mayenin hərəkəti zəifləyir, durğunluq yaranır.
Diafraqma – sanki orqanizmi qidalandıran dəyirmandır.
Sistematik olaraq yığılıb qaraciyəri sıxır, öd axını təmin olunur, qaraciyərə qan axını baş verir.
Diafraqma zəifdirsə, qaraciyərin də işi pisləşir, həzm pozulur, öddə qatılaşma yaranır.
Hansı metodlarla diafraqma blokunu açmaq olar?
Zalmanov bunun üçün ayda 3 gün yeməkdən yarım saat əvvəl sulfat natriyi 200 ml Yesentuki 4 mineral suyunda həll edib içməyi tövsiyə edirdi. Bununla diafraqma daxilində qan damarlar, hətta kapilyarlar, limfa sistemi yuyulur, təmizlənir.
Bu zaman qaraciyərin ölçüsü avtomatik kiçilir, eləcə də dalaq yığcamlaşır.
2-cı üsul – sistematik olaraq ayda bir neçə dəfə qaraciyər nahiyəsinə tibbi isidici (qrelka) 40 dəqiqəlik qoymaq lazımdır. Bu gün ərzində 3 dəfə əsas yeməklərdən 20 dəqiqə sonra qoyulur. Bu o halda edilir ki, dalaq və qaraciyər ölçüsü çox böyüyüb. Qaraciyərdə şiş, sirroz və kistlər zamanı edilmir.