Tribuna İnformasiya Agentliyi

İnsan alverinə qarşı mübarizəyə dair tədbir keçirilib

12 Aprel

DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi Siyəzən Şəhər inteqrasiya təlimli internat tipli gimnaziyasında müəllim və şagirdlərin iştirakı ilə “İnsan alverinin mahiyyəti, formaları, doğurduğu təhlükələr və onunla mübarizə” mövzusunda tədbir təşkil etmişdir. Tədbirdə DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı polis- mayoru Elşən Həşimov, İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının rəhbəri Ramiz Alıyev və gimnaziyanın direktoru Əminə Musayeva iştirak etmişlər. Məruzəçilər sözügedən cinayət növü və onunla mübarizə mexanizmlərindən, dövlətimizin digər cinayət növləri kimi insan alveri ilə və onunla məşğul olan cinayətkarlarla da kəskin mübarizə aparıldığını bəyan etmişlər. Tədbiri giriş sözü ilə açan Əminə Musayeva rəhbərlik etdiyi internat evi haqqında, şagirdlərlə bağlı qurulan ünsiyyət və onlara dövlətimizin diqqət və qayğısı haqqında məlumat vermişdir. Elşən Həşimov baş idarənin fəaliyyəti istiqaməti və görülən işlərlə bağlı, aparılan əməliyyat -axtarış tədbirləri haqqında tədbir iştirakçılarına geniş məlumat vermişdir. Ramiz Alıyev isə Azərbaycan dövlətinin insan alveri ilə bağlı həssaslığını, bu cinayətkarlıqla mübarizədə kəskin müvarizə aparıldığını, cənab Prezidentin tapşırığı və göstərişi ilə DİN-nin rəhbərliyinin xüsusi nəzarəti ilə insan alverinə qarşı mübarizədə qətiyyət nümayiş olunur, hər ilə İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator Milli Məclisdə illik hesabat ilə çıxış edir və mütamadi olaraq bu sahədə fəaliyyət göstərən Vətandaş Cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirir. Natiq çıxışı zamanı bildirmişdir ki, “Dövlətimiz insan alverinə qarşı mübarizədə qətiyyətli addımlar atır” Tədbir sual cavab ilə davam etmişdir və sonda DİN-nin məcburi əmək ilə bağlı çəkdirdiyi filmi tədbir iştirakçılarına nümayiş olunmuşdur.

TİA.AZ