Tribuna İnformasiya Agentliyi

“İnşallah, əfv sərəncamı olacaq” – Novella Cəfəroğlu

07 Aprel

“İnşallah, əfv sərəncamı olacaq. Biz bunu gözləyirik. Əfv olunmaq istəyənlərin, bizə müraciət edən bütün məhbusların siyahısını aidiyyəti üzrə təhvil vermişik”.

Bunu hafta.az-a İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib. Hüquq müdafiəçisinin sözlərinə görə, İşçi Qrup üzvləri mütəmadi olaraq bir araya gəlir. Müzakirələr aparır:

“Dünən də bir nəfər – Əziz Orucov azadlığa buraxıldı. Əziz Orucovun azadlığa buraxılması da İşçi Qrupunun əməyinin nəticəsi idi. Biz Əzizin həbsxanadan buraxılması ilə bağlı həm cənab Rüstəm Usubova, həm də Prezident Administrasiyasına məktub yazmışdıq. İşçi Qrupun bütün tərkibi həmin müraciətə, məktuba qol çəkmişdi. Hətta bəzi qeyri-hökumət təşkilatları da bu işə qoşulmuşdu. Yəni, İşçi Qrup öz işini görür. “Siyasi məhbus”ların siyahısı da Prezident Administrasiyasına təqdim olunub”.