İnhisarçıları himayə edirlər – Millət vəkili məmurları ittiham etdibackend

İnhisarçıları himayə edirlər – Millət vəkili məmurları ittiham etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Bu gün ölkədə insanlardan qanuna riayət etməyi tələb edirik. Deyirik ki, qanunu pozmaq olmaz, bu, yolverilməzdir. Ancaq bir qrup insanlardan qanuna riayət etmək tələb olunmur. Onlar həm müəyyən imtiyaza, həm də bir sıra inhisar imkanlarına sahibdirlər. Bu gün həmin insanlara qarşı heç bir addım atılmır. Çünki bunlar hamısı dövlət vəzifələrində yer alan şəxslərin tanışı, yaxınıdır. Bu səbəbdən də onlara toxunmaq mümkün deyil”.
Bunu Bakupost.az -a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.
O bildirib ki, bu gün əsas məqsəd əhalinin yoxsullaşmasının qarşısını almaqdır. Bunun üçün də mütləq imtiyazlı təbəqənin səlahiyyətlərini azaltmalı, digər insanların yer ala biləcəyi azad bazar iqtisadiyyatına yol açmalıyıq. Maddi təminatı aşağı olan, az qazanclı insanlara şərait yaratmalıyıq. Bu bazar açılmayana qədər problem olduğu kimi qalacaq:
”Azad bazar iqtisadiyyatı yaradılmasa, istədiyi qiyməti təyin edənlərin qarşısını almaq mümkün olmayacaq. Bu gün himayəsi olanlara toxunan yoxdur. Himayəsi olmayan iş adamları bir-bir sıradan çıxarılır, bazardan uzaqlaşdırılır. Ona görə də bu məsələ ətrafında ciddi müzakirələr açılmalı, müvafiq tədbirlər görülməli, konkret addımlar atılmalıdır. Bu gün bazarda istədiyi qiyməti təyin edən adamları himayə etmək yerinə, onları bazardan uzaqlaşdırmalıyıq. Belə olarsa, böhrandan çıxış yolu tapmaq mümkün olacaq. Qiymət artımının qarşısını almaq üçün dövlət konkret​ tədbirlər görməlidir. Onsuz da pandemiyanın, müharibənin sıxıntıları iqtisadiyyatımıza böyük zərbə vurdu. İndi də qiymət artımı süni şəkildə bu qədər sürətlənib”.