İngiltərədə yemək reklamları qadağan edildibackend

İngiltərədə yemək reklamları qadağan edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərədə süni  yemək reklamlarının televizya və mətbuatda yayımı qadağan edilib.

TİA.AZ xəbər verir ki, saat 21.00-dan əvvəl şəkər, duz və yağ nisbəti yüksək yeməklərin televiziyada reklamları yayımlanmayacaq. Qadağan 2022-ci ilin sonundan qüvvəyə minəcək.

Həddindən artıq köklük (obezite) ilə mübarizəyə görə alınan məhdudlaşdırma qərarı, xüsusilə uşaqları “nə gəldi yemək” reklamlarından qorumaq üçün cəsur və müsbət addım adlandırılıb.

Reklamı məhdudlaşdırılan məhsullar arasında şokolad, hamburger, keks, konfet, dondurma, biskvit, şəkərli meyvə suları, cips və pizzalar var.

Firmalar məhsullarını yalnız öz internet saytları və ictimai media platformalarında tanıda biləcək.

Qeyd edək ki, köklük  İngiltərədə böyük problemə çevrilib. Ölkənin Milli Sağlamlıq Təşkilatının məlumatına görə, İngiltərədəki yetkinlərin təxminən 3-də 2-si həddindən artıq kökdür. Mütəxəssislər bunu həm də internet və televiziya qarşısında çox zaman keçirməklə də əlaqələndirir.