İngiltərədə alpakaya görə matç yarımçıq dayandırıldı-VİDEObackend

İngiltərədə alpakaya görə matç yarımçıq dayandırıldı-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərədə səviyyəcə 7-ci divizionun “İlkli Taun” – “Karlton Atletik” matçı yarımçıq dayandırılıb.

TİA.AZ-ın məlumatına görə, səbəb meydana alpakanın (dəvə növü) daxil olmasıdır. Görüş 20-ci dəqiqədə dayanıb və heyvan oyunçulardan birini qorxutmağa müvəffəq olub.

“İlkli Taun”un prezidenti Riçard Caylz 40 ildə futbolda belə şey görmədiyini bildirib. Funksioner alpakadan öz maskotlarında istifadə etmək istədiklərini söyləyib. Çünki bu heyvan meydana çıxdıqdan sonra komanda iki qol vurub.

Qeyd edək ki, “İlkli Taun” rəqibini 2:0 hesabı ilə məğlub edib.