İngilislər öz ordusu ilə Rusiya ordusunu müqayisə etdi: fərq 57 dəfə…backend

İngilislər öz ordusu ilə Rusiya ordusunu müqayisə etdi: fərq 57 dəfə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Britaniyanın “Daily Express” qəzeti Britaniya ordusu ilə Rusiya Silahlı Qüvvələri arasında müqayisəli təhlil aparıb. 
Qaynarinfo xəbər verir ki, buna səbəb Ukraynanın “yaxınlığına” rus qoşunlarının “köçürülməsi” ilə bağlı vəziyyətin kəskinləşməsi olub. Böyük Britaniyanın müdafiə naziri Ben Uolles narahatlığını ifadə edib və London hərbi texnikanın alınması üçün Kiyevə kredit ayırmağa söz verib.
Britaniya özünü Rusiyaya meydan oxuya biləcək güc kimi aparır, amma əslində onun seçimləri çox məhduddur. Belə ki, Rusiya ordusunun şəxsi heyətinin sayı üç milyon, İngiltərədə isə cəmi 275,66 min nəfərdir. Rusiya Hərbi Hava Qüvvələri Britaniyadan 5,6 dəfə böyükdür. Rusiyada 4163, Londonda isə cəmi 733 hərbi təyyarə var.
Tanklara görə Rusiya Britaniyanı 57 dəfə qabaqlayır: Rusiyada 12950, İngiltərədə 227 tank var. İngilislər bu rəqəmi “şok” hesab edirlər. Rusiyanın cəmi 27 min, Böyük Britaniyanın isə 5 min zirehli texnikası var.
Dənizdə Rusiya demək olar ki, İngiltərənin iki təyyarədaşıyanından başqa hər şeydə üstündür. “Sualtı qayıqlar və esmineslər kimi digər dəniz döyüş maşınlarına gəlincə, ruslar bizdən xeyli irəlidədir: onların 16 esminesi və 62 sualtı qayığı var, bizdə isə bu rəqəm müvafiq olaraq altı və ondur.