Tribuna İnformasiya Agentliyi

İngilislər son dəqiqə qolu ilə qalib gəldi – VİDEO

19 İyun

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında G qrupunda ilk tura yekun vurulub.

Oxu.Az xəbər verir ki, qrupun ikinci görüşündə Tunis millisi ilə İngiltərə qarşılaşıb.

İngilislər görüşdən 2:1 qalib ayrılıb. Hari Keyn 11-ci dəqiqədə hesabı açsa da, Fərcani Sassi 35-ci dəqiqədə penaltidən tarazlığı bərpa edib.

Lakin İngiltərə oyuna əlavə olunmuş birinci dəqiqədə Keynin baş zərbəsindən vurduğu qolla qələbə qazana bilib.

Qeyd edək ki, bu qrupun digər görüşündə Belçika Panamadan üstün olub – 3:0.