Tribuna İnformasiya Agentliyi

İngilis iş adamları ikinci referendumun keçirilməsini tələb edirlər

05 Noyabr

Böyük Britaniyanın “Brexit”ə qarşı çıxan 70 iş adamı “Sunday Times” qəzetinə məktub yazaraq ikinci referendumun keçirilməsinin lazım olduğunu vurğulayıb.

AZƏRTAC xəbər verir ki, məktubda Avropa İttifaqından çıxmağın Böyük Britaniya iqtisadiyyatına ciddi zərər vuracağı qeyd olunub. İş adamları Böyük Britaniya Avropa İttifaqından ayrılsa da ticarət sahəsində əlaqələrin davam etdiriləcəyi barədə vəd verilməsini tələb ediblər. Məktubda bildirilib ki, indiyədək aparılan müzakirələrdə bu barədə söhbət açılmayıb.

Məktubu imzalayanlar arasında məşhur kitab satışı şirkəti “Waterstones”un rəhbəri Ceyms Daunt və ölkənin ən böyük marketlər şəbəkəsi “Sainsbury”nin keçmiş rəhbəri Castin Kinq də var.

Qeyd edək ki, Böyük Britaniya 2019-cu il martın 29-da Avropa İttifaqını tərk edəcək.