İngilis hərbi gəmisi Batumi limanındabackend

İngilis hərbi gəmisi Batumi limanında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İngilis esminesi – destroyeri HMS Defender Gürcüstanın Batumi limanına daxil olub. 
Bu barədə İngiltərə səfirliyindən məlumat verilib.
Diplomatik nümayəndəliyin Feysbuk hesabında Birləşmiş Krallığın Qara dəniz bölgəsində təhlükəsizliyi təmin etmək üçün tərəfdaşları və müttəfiqləri ilə işləməyə davam etdiyini açıqlayıb.
Bundan əvvəl isə İngilis Defender 3 kilometr Krımın ərazi sularına girmişdi. Gəminin irəliləməsini dayandırmaq üçün ona xəbərdarlıq atəşi açılmışdı.
İngilis esminesinin Krım yaxınlığındakı marşrutu ilə bağlı son qərarı İngiltərənin Baş naziri Boris Cnson verib.
Bu arada, FSB Rusiyanın sərhəd gözətçiləri ilə İngiltərənin “Defender” esminesinin ekipajı arasında Rusiyanın ərazi sularını pozduğu anda aparılan danışıqların videosunu yayımlayıb. Kadrlarda Rusiya sərhədçilərinin əvvəlcə xarici gəmini necə izlədikləri əks olunub. Bir anda xəbərdarlıq atəşi açılmasına qərar verilib.
Xatırladaq ki, Destroyer-esmine (dağıtmaq və ya məhv etmək) dəniz terminologiyasında sürətli, yüksək manevr qabiliyyətli, zirehli, dözümlü, donanma və ya hücum qruplarına, kiçik hərbi dəniz nəqliyyat vasitələrindən (torpedo gəmiləri, sualtı qayıqlar və hərbi təyyarələr) gələn hücumlardan müdafiə və müşahidə funksiyasını icra edən bir hərbi gəmidir. Böyük döyüş gəmiləri arasında orta mövqe tutan Destroyer Freqatdan daha böyük və daha genişdir, bir az yüngül həcmli Kreyserdən daha kiçikdir.
Birinci Dünya müharibəsindən əvvəl destroyerlər okeanarxası missiyalar üçün nəzərdə tutulmamış yüngül döyüş gəmiləri idi, buna görə də bir destroyer qrupu və ya destroyer qayığı şəklində istifadə edilərkən, İkinci Dünya müharibəsi dövründə və sonra, xüsusən 1950-1960-cı illərdə onlar kreyserlər qədər müstəqil və vacib idilər. Bununla bərabər, ABŞ-ın Iowa sinifli iki döyüş gəmisi var ki, onlar hal-hazırda aktiv şəkildə istifadə edilmirlər, lakin hər hansı bir ehtiyac yaranarsa, onlar aktivləşdirilməyə qadirdirlər.
Müasir destroyerlər çəki baxımından İkinci Dünya müharibəsinin kreyserlərinə bərabər olsalar da, kiçik bir yaylım atəşi ilə şəhərləri belə məhv etmək və nüvə başlığı ilə təchiz olunmuş döyüş raketləri ilə onlardan üstündürlər. Torpedo atmaq qabiliyyətinə malikdirlər.