İngilis biznesmen mərcdə Trampın qələbəsinə 5 milyon dollar qoydubackend

İngilis biznesmen mərcdə Trampın qələbəsinə 5 milyon dollar qoydu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərədən olan bir iş adamı və keçmiş bankir ABŞ-da keçirilən prezident seçkilərində Donald Trampın qələbəsinə rekord məbləğdə pul qoyub.

TİA.AZ “Sun” qəzetinə istinadla xəbər verir ki, 5 milyon dollarlıq hissə, göründüyü kimi, dünyanın ən böyük siyasi mərci kimi qeydə düşüb.

Həmin şəxs mərcə Karib dənizindəki Kurasao adasında xüsusi bukmeker kontorlarının köməyi ilə girib. Mövcud Amerika lideri qalib gəlsə, iş adamı təxminən 15 milyon dollar ala bilər.

ABŞ-da amerikalılar 3 noyabr çərşənbə axşamı günü iki namizəddən birini seçirlər: Respublikaçı Donald Tramp və ya demokrat Co Bayden.