İnformasiya mənbələrinin hansı hallarda açıqlanmasına dair tələblər müəyyənləşibbackend

İnformasiya mənbələrinin hansı hallarda açıqlanmasına dair tələblər müəyyənləşib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda redaktor və jurnalistlərə informasiyanın mənbəyinin hansı hallarda açıqlamalarına dair tələblər müəyyənləşib.

TİA.AZ-ın xəbərinə görə, bu, “Media haqqında” yeni qanun layihəsində əksini tapıb.

Məsul redaktor və ya jurnalist aşağıdakı hallarda məhkəmənin qərarı ilə öz informasiya mənbəyini açıqlamalıdır:

1. insan həyatının müdafiəsi üçün;

2. ağır və xüsusilə ağır cinayətlərin qarşısını almaq üçün;

3. ağır və xüsusilə ağır cinayət törətməkdə təqsirləndirilən şəxsin müdafiəsi üçün.

4. Bu qanunun 15.1.3-cü maddəsinin tələbləri jurnalistin müstəqil araşdırma aparmaq hüququnu məhdudlaşdırmır.