İnflyasiya kəskinləşir: Manatı nə gözləyir? – Ekspertbackend

İnflyasiya kəskinləşir: Manatı nə gözləyir? – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Cari ildə manatın məzənnəsində heç bir dəyişiklik olmayacaq. Amma orta müddətli perspektivdə, 3-5 ilə devalvasiya qaçılmazdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında maliyyə bank eksperti Əkrəm Həsənov manatın 2022-ci ildə məzənnəsində hansısa dəyişikliyin olub-olmayacağına aydınlıq gətirərkən deyib:
“Azərbaycanda mili valyutanın məzənnəsi inzibati qaydada müəyyən olunur. Bazar faktorları yalnız çox kəskin dəyişəndə Mərkəzi Bankın artıq başqa yolu qalmır. Azərbaycanda manatın məzənnəsi dünya bazarında neftin qiymətindən asılıdır. Neftin qiyməti isə indi sabitdir, hətta bir qədər qalxıb. Bu cür davam edəcəyi təqdirdə, devalvasiya olmayacaq. Azərbaycanda onsuz da kəskin qiymət artımı var. İnflyasiya kəskinləşir”.
Ekspertin sözlərinə görə, hətta neftin qiyməti bir neçə ay ərzində kəskin aşağı düşsə də, Mərkəzi Bank devalvasiyaya getməyəcək. Əvəzində, inzibati metodlardan daha sərt şəkildə istifadə edəcəklər:
“Çünki bu, ölkədə ciddi sosial və iqtisadi problemlərə gətirəcək. Ona görə də belə vəziyyətdə sadəcə Neft Fondunun ehtiyatlarından istifadə olunacaq. Eyni zamanda, daha sərt şəkildə inzibati metodlardan da istifadə oluna bilər. İki ildən çoxdur ki, ölkədə dollar alışına məhdudiyyət qoyulub. Bunu da sərtləşdirə bilərlər. Bir sözlə, bu il manatın məzənnəsi ümumən sabit qalacaq. Amma orta perspektivdə devalvasiyanın baş verməsi mütləqdir. Hətta dünya bazarlarında neft və qazın qiyməti qalxsa belə, Azərbaycanda neft hasilatı düşməkdə davam edəcək”.