İnfeksionist Mərdan Əliyev:”Bu Ramazanda ikiqat diqqətli olmaq lazımdır”backend

İnfeksionist Mərdan Əliyev: “Bu Ramazanda ikiqat diqqətli olmaq lazımdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pandemiya dövründə də həmişəki qaydada oruc tutula bilər. Bu mövzuda qorxmaq lazım deyil.
Bu sözləri Tia-az-a açıqlamasında infeksionist-həkim Mərdan Əliyev deyib. Həkim həmçinin onu da bildirib ki, bu ayda qida rasionuna xüsusi diqqət edilməlidir:
“Bilirik ki, koranavirus infeksiyasının geniş yayıldığı bir dövrdə immunitetin aşağı düşməsinə yol vermək olmaz. Ancaq düşünmürəm ki, oruc tutarkən immunitet aşağı düşə bilər. Diqqət edilməsi gərəkən əsas məsələ orqanizmin ehtiyacı olan vitamin və mineralları ona verməkdir.

Protein, karbohidrat və yağ balansı qorunub saxlanılmalıdır. Xüsusilə də protein immun sisteminin fəaliyyətində önəmli yer tutur. Buna görə də proteinlə bol olan qidalara üstünlük vermək lazımdır. Məsləhət görərdim ki, oruc tutan şəxslər daha çox yumurta, təbii kərə yağı və pendir kimi qidalara üstünlük versinlər. Bir sözlə, immun sisteminin zəifləməsinin qarşısını almaq üçün bu Ramazanda ikiqat diqqətli olmaq lazımdır. “

Aytac Sahəd

TİA.AZ