Tribuna İnformasiya Agentliyi

İndoneziyada sunamidən sonra sığorta ödənişləri 1 milyard dolllardan çox olacaq

27 Dekabr

İndoneziyanın Sumatra və Yava adaları sahillərində baş vermiş sunamidən sonra sığorta hadisələri üzrə ödənişlər təqribən 15,9 trilyon rupi (1 milyard dollardan çox) təşkil edəcək. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin bir neçə iri şirkətinin məlumatında deyilir.

İlkin hesablamalara görə, söhbət təxminən 190 sığorta hadisəsindən gedir. Bunlar əsasən, Banten və Lampunq vilayətlərində özəl və kommersiya daşınmaz əmlakların, nəqliyyatın tam dağılması ilə bağlıdır. Fiziki şəxslərə gəlincə, ekspertlərin fikrincə, bu istiqamət üzrə ödənişlər cüzi olacaq, çünki bu cür xidmətlər İndoneziyada praktiki olaraq inkişaf etməyib.

Son məlumatlara görə, Yava və Sumatra adalarını ayıran Zond boğazında baş vermiş sunami 430 nəfərin ölümünə, 159 nəfərin itkin düşməsinə, 1,5 min nəfərin isə yaralanmasına səbəb olub. Təxminən 22 min yerli sakin evlərini tərk etmək məcburiyyətində qalıb. Bir neçə yüz ev, mehmanxana və digər obyektlər tam dağılıb.