İndi də Brent nefti sürətlə ucuzlaşırbackend

İndi də Brent nefti sürətlə ucuzlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya bazarında Brent neftinin qiyməti aprelin 21-dən sürətlə dəyərdən düşür və ucuzlaşma bu gün də davam etməkdədir.

TİA.AZ xəbər verir ki, aprelin 21-də London birjasında Brent nefti 8% ucuzlaşaraq 19,33 dollara enib.
Aprelin 22-də qiymətlər yenidən ucuzlaşır və indiyədək yenidən 8,12% ucuzlaşaraq 17,76 dollara düşüb.

Bir gün əvvəl qiyməti mənfiyə düşən Amerikanın Qərbi Texas nefti (WTI) isə bahalaşmaqdadır. Qiymətlər bu gün 0,3% artaraq 11,86 dollara yüksəlib.