“İndeksləşdirmə yalnız əmək pensiyası alan şəxslərə aiddir…” (EKSPERT)backend

“İndeksləşdirmə yalnız əmək pensiyası alan şəxslərə aiddir…” (EKSPERT)

“Fevral ayının 6-da təsdiqlənən sərəncam əsasında aparılan indeksləşdirmə yalnız əmək pensiyası alan şəxslərə aid edilir”.
Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı-ekspert Rəşad Həsənov pensiyaların artırılması ilə bağlı sərəncamda Azərbaycan vətəndaşlarının müavinət ilə pensiyanı qarışıq salması ilə bağlı verilən sualı şərh edərkən deyib:
“Məsələn, Azərbaycanın sosial müdafiə mexanizmində əlilliyə görə həm pensiyanın təyin edilməsi, həm də müavinət hüququ vardır. Əlilliyə görə pensiya alan şəxslərin pensiyasının sığorta hissəsi qanunvericiliyə uyğun olaraq hər il ən az bir dəfə orta aylıq əmək haqqının artım tempinə uyğun indeksləşdirildiyi halda, müavinətlər üçün ayrıca sərəncamların təsdiq edilməsinə ehtiyac vardır. Lakin müavinətlərın artırılması ilə əlaqəli hökumətin hər hansı illik öhdəliyi yoxdur.
Başqa sözlə, artırılması qərarı qəbul edilə, yaxud edilməyə bilər”.
Rəşad Hüseynov məsələ ilə bağlı təklif də səsləndirib:
“Daha yaxşı olar ki, ehtiyac meyarı (2020-ci ildə 160 manat) ölkə üzrə müavinətlərın minimum səviyyəsini müəyyən edən meyar kimi tətbiq edilsin”.
Qeyd edək ki, Prezident İlham Əliyev əmək pensiyalarının indeksləşdirilməsi haqqında sərəncam imzalayıb.
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
www.tia.az