İnam Kərimovun kartric əməliyyatı: ASC-yə ittiham…backend

İnam Kərimovun kartric əməliyyatı: ASC-yə ittiham…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kənd Təsərrüfatı Nazirliyi (KTN) İnam Kərimovun rəhbərliyi altında “xalüqələr” yaratmaqda davam edir. Sarbonna universiteti bitirmiş gənc nazir Qərb “üslubu”nda maxinasiyalara rəvac verməkdədir.
TİA.Az-ın məlumatına görə, bu dəfə nazirliyin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC yaxşı yeyinti yolu tapıb.
ASC 138 738.5 manatlıq printer kartrici alıb. Bu barədə ictimai fəal Bəxtiyar Hacıyev yazıb. O, nazirə sual edərək soruşur ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC ayrıca mətbəə açmayıbsa və sirr deyilsə, neçə printer üçün hansı model və neçə ədəd kartric alındığını öyrənmək imkanımız varmı:


“Bir də mümkün olsa, 12 nəfərin işlədiyi yazılan Cəlilabad Bölgə Təcrübə Stansiyasında söküntü işləri üçün 95 314 manat, hasar çəkilməsi və yaşıllıq üçün 189 769 AZN-lik tenderlər barədə də məlumat ala bilərikmi?


12 nəfərin oturduğu 2 mərtəbəli binanı tam söküb, yenidən tikmək heç 285 min manat tutmaz, söküb hasarlamaq niyə belə baha çıxıb?”
Onun fikirlərinə şərh verən iqtisadçı Nazim Bəydəmirli bildirib ki, qüvvədə olan “Antiinhisar fəaliyyəti haqqında” AR Qanunun tələblərinə görə dövlət orqanları özəl fəaliyyətə icazə verilmiş sahələrdə təsərrüfat subyektləri (MMC, ASC və s.) yaradıb iqtisadi fəaliyyətlə məşğul ola bilməzlər: “Adını çəkdiyin ticarət şirkətinin fəaliyyəti isə tam qanunsuzdur və dövlət monopoliyası yaradır”.
Yəni iqtisadçı bu ASC-ni monopolistlikdə ittiham edib və fəaliyyətinin qanunsuz olduğunu açıqlayıb.

TİA.Az