Tribuna İnformasiya Agentliyi

İmzalar atıldı: “Demirören” “Doğan” Media Qrupunu rəsmən satın aldı

07 Aprel

Media dünyasında nəhəng alış-satış gerçəkləşdi.

Musavat.com-un məlumatına görə, “Demirören” Media Grupu “Doğan” Media Qrupunu rəsmən satın aldı.

Bu barədə Doğan Şirkətlər Qrupu açıqlama yayıb. Açıqlamada qeyd olunur ki, “Doğan” Media Qrupuna daxil olan “Doğan” qəzeti, “Hürriyet” qəzeti və mətbəəsi, Doğan TV, “Doğan” xəbər agentliyi, “Doğan” mətbəə və yayımçılıq, Doğan internet yayımçılıq, “Doğan Media International GmbH”, “Mozaik” ilətişim xidmətlərindəki hissələr ümumilikdə 916 milyon dollara satılıb.