İmtahana bu mövzuda suallar salınacaqbackend

İmtahana bu mövzuda suallar salınacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Qəbul imtahanları üçün bir sıra mövzular ixtisar edilib. Tarix fənni üzrə proqrama isə “Qarabağ uğrunda Vətən müharibəsi (İkinci Qarabağ müharibəsi)” mövzusu daxil edilib”.
TİA.AZ-ın xəbərinə görə, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə məlumat verib.
DİM sədri bildirib ki, bu mövzu hələlik dərsliklərə daxil edilməyib:
“Bunu nəzərə alaraq, mövzu ilə bağlı mətn “Abituriyent” jurnalının ikinci sayında dərc olunacaq. İmtahanda həmin mətn üzrə tapşırıqlardan istifadə olunacaq”.
O qeyd edib ki, bu il tarix fənni üzrə qəbul imtahanı proqramına “Vətən müharibəsi”nə aid mövzular da daxil ediləcək:
“Müəyyən məsələlərin dərsliklərdə öz əksini tapması obyektiv səbəblərdən gecikə bilər. Yeni dərsliklərin istifadəyə verilməsi zaman alır. Ona görə də, biz Vətən müharibəsinə aid mövzuların “Abituriyent” 1 jurnalında, həmin mövzulara aid məqalələrin isə “Abituriyent” 2 jurnalında dərc edəcəyik. Abituriyentlər bu yazılarla tanış olmalıdırlar. Qəbul imtahanlarında tarix fənni üzrə test blokuna jurnalda olan məqalələr əsasında hazırlanmış test tapşırıqları da daxil ediləcək”.