Tribuna İnformasiya Agentliyi

İmişlidə iki uşaq anası özünü asdı

14 İyun

Ötən gün axşam saatlarında İmişli şəhərində intihar hadisəsi baş verib

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, 27 yaşlı şəhər sakini Turanə Elxan qızı Mütəllimovanın evlərinin həyətindəki çardaqdan asılmış meyiti həyat yoldaşı tərəfindən bu gün səhər aşkar edilib. Turanə Mütəllimova iki uşaq anası olub.
Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.
Faktla bağlı İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi başlanılıb.